Manul
Manul (lat. Otocolobus manul) — Pişiklər fəsiləsinin yırtıcı məməli heyvanıdır.
Manul | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Manul |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ümumi məlumat
Bədənin uzunluğu təxminən 55 sm, quyruğun isə 30 sm çatır. Ölçüləri ev pişiyi boyda olsa da, görkəmcə ondan xeyli fərqlənir. Onun qolları daha qısa, bədəni daha massiv, xəzi isə sıx və uzundur. Enli və yastı başının üzərində kiçik qulaqları bir-birindən aralı şəkildə yerləşmişdir, bəzən tükün içində gizlənmiş olur. Gözlərinin qırağından sifətinin kənarı ilə uzun tüklər (baklar) nəzərə çarpır. Xəzi bəzən tutqun (çirkli-sarı-boz), bəzən isə qırmızımtıl-sarı rəngdə olur.[1]
Yayılması
Orta və Mərkəzi Asiya, cənubi Qafqaz və qərbi İrandan başlayaraq, Baykal ətrafı, Monqolustan və şimal-qərbi Çinə qədər. Azərbaycanda, yalnız Naxçıvanda rast gəlinməsi barədə 3 - 4 fakt vardır.
Yaşayış yerləri və həyat tərzi
Biologiyası Azərbaycanda öyrənilməmişdir. Arealının digər sahələrində aparılan tədqiqatlara əsasən, kəskin kontinental iqlim şəraiti, qışda aşağı temperaturu və nazik qar örtüyü olan ərazilərdə yayılmışdır. Bozqır və yarımsəhra ərazilərdə, hündür dağ qayalıqlarında rast gəlinir. Yuvasını qaya yarıqlarında, kolluqlarda, köhnə porsuq yuvalarında qurur. Qidasını, əsasən siçanabənzər gəmiricilər, quşlar təşkil edir. Hərəkətləri ləngdir, təqib zamanı gizlənməklə və hündür yerlərə dırmaşmaqla canını qurtarır. Fevral-mart aylarında cütləşir, 60 gün boğazlıq dövründən sonra 2-6 gözləri yumulu bala dünyaya gətirir. 10 ayliqda balalar yetkinliyə çatırlar. Nadir fərdləri Naxçıvanda tapılır. Çöllərdə və səhralarda, çox vaxt daşlı yaylalarda, 3000 m ucalığa qalxaraq, orada məskən salır. Boş yuvalarda da yaşaya bilər. Əsasən gecə və alaqaranlıq vaxtı ova çıxır. Gəmiricilərlə, quşlarla və kərtənkələlərlə qidalanır. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilib.[2]
Sayı
Dəqiq sayı məlum deyildir. Çox nadir hallarda Naxçıvan MR-də rast gəlinir.
Məhdudlaşdırıcı amillər
Öyrənilməyib. Xüsusən, qışı sərt və uzun keçən illərdə tələf olmaları məlumdur.
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri
Növün yaşayış yerləri Zəngəzur MP, Ordubad və Arazboyu yasaqlıqlarında mühafizə olunur. Ekologiyası öyrənilmədiyindən mühafizə tədbirləri hələ hazırlanmaqdadır.
İstinadlar
- Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
- Hacıyev D.V. Azərbaycanın heyvanlar aləmi. Bakı: Elm, 2000, s. 588;
Ədəbiyyat
- Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
- Hacıyev D.V. Azərbaycanın heyvanlar aləmi. Bakı: Elm, 2000, s. 588;
- Talıbov T.H. Naxçıvan MR Qırmızı Kitabı. Naxçıvan: Əcəmi, 2006. s. 154 - 186.
Xarici keçidlər
- Vəhşi heyvanlar Arxivləşdirilib 2012-01-05 at the Wayback Machine