Feliks Məmmədov
Feliks Məmmədov (d. 1936 - ö. 13 may 2016) — kişi voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi.[1]
Həyatı
1936-cı ildə Bakıda anadan olmuşdur. Məktəb vaxtlarından voleybolla məşğul olmağa başlayan Feliks sonradan diqqət cəlb etmiş və uğurlu idmançı karyerası yaşamışdır. Məmmədov Azərbaycanla yanaşı, Türkiyədə də çalışıb[1].
Feliks Məmmədov 13 may 2016-cı ildə, 79 yaşında səhər saatlarında uzun sürən xərçəng xəstəliyindən vəfat edib[1].Yasamal qəbiristanlığında dəfn olunub.
Uğurları
Feliks Məmmədov müxtəlif illərdə SSRİ və Azərbaycan çempionatının mükafatçısı olub[1].
İstinadlar
- Feliks Məmmədov vəfat etdi Arxivləşdirilib 2016-08-08 at the Wayback Machine. qafqazinfo.az, 13.05.2016 (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.