Pişiklər
Pişiklər (lat. Felidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Pişiklər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Pişiklər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bütün müasir və nəsli kəsilmiş pişikkimilərin başı kiçik, gövdəsi yaraşıqlı və əzələli, ayaqları gödək, lakin güclüdür. Caynaqları tamamilə, yaxud qismən içəri çəkilə bilir. Əksəriyyətinin quyruğu uzundur. Bir qismi balaca (ev pişiyi), digəri iridir (şir, pələng). Tükləri qısadır; şimali və yüksək dağlarda yaşayan növlərin tükü tropik qurşaqlarda yaşayanlara nisbətən daha xovludur. Tropik meşə növlərinin rəngi çox vaxt əlvan (boz, narıncı, yaxud bozumtul fonda qara ləkələr, yaxud zolaqlar) olur. Şimal çöl və səhra növləri sarı, yaxud qum rənglidir; qarnı ağdır. Vəhşi pişikkimilər bütün materiklərdə və iri adalarda (Yeni Qvineya, Madaqaskardan başqa) yayılmışdır. Tropiklərdə daha çoxdur. Axşam və gecə həyatı keçirirlər. Məməliləri, quşları, sürünənləri, balıqları, bəzən də cücüləri yeyir. Xırda növlər hər il, iri növlər isə 2–3 ildən bir çoxalır; yalnız ev pişiyi tez-tez balalayır. Xırda növləri 5–6, iri növlər 2–4 bala doğur.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2006.
- Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7