Federasiya (kompleks)

Federasiya (kompleks) (rus. Федерация (комплекс)) — Moskva Beynəlxalq Biznes Mərkəzində - Moskvada tikilmiş çoxmərtəbəli binaların kompleksidir. Şərq (rus. Восток) göydələni Sankt-Peterburqdakı Laxta Mərkəzindən sonra Avropanın ikinci ən yüksək tikilisi hesab edilir. Memarlıq layihəsi Serqey Çoban və Peter Şveqer ilə birlikdə hazırlanmışdır.

Federasiya
Федерация

55°44′59″ şm. e. 37°32′13″ ş. u.


Yeri Presnenski rayonu[d]
Tikilmə tarixi 2003-2017
Status Tikili
Hündürlüyü
Dam 242,4 m (Qərbi)
373,7 m (Şərqi)
Texniki göstəriciləri
Mərtəbə sayı 63 (Qərbi)
95 (Şərqi)
Daxili sahəsi 443 000 m²
Lift sayı 67
Hazırlayan Serqey Çoban
Xəritədə yeri

Emporis saytında məlumatlar və fotoşəkillər

SkyscraperPage səhifəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şərq qülləsi - 95 mərtəbəli göydələn. 2014-cü il noyabrın 25-də bu tikilinin ən yüksək göstəricisi 343 metrə çatdıqda Rusiyanın və Avropanın ən yüksək binası oldu. Monolitik çərçivənin tikintisi 9 dekabr 2014-cü ildə başa çatdırılmışdır.[1]

2015-ci ilin sonunda mühəndislik və şüşə işləri tamamlanır, tikinti tam olaraq isə 15 noyabr 2017-ci ildə başa çatmışdır. 2017-ci ildə Federasiya kompleksinin hündürlüyü 374 metrə çatmışdır.

"Şərq" (rus. Восток) qülləsi Yüksək mərtəbəli binalar və şəhərsalma üzrə Beynəlxalq Şuranın qərarına əsasən Avropanın ən yüksək göydələni kimi tanındı, lakin Sankt-Peterburqda Laxta-mərkəzi qülləsi (462 metr) tikildikdən sonra "Şərq" (rus. Восток) qülləsi ikinci ən yüksək tikili hesab edildi.[2].

Qərb qülləsi - 63 mərtəbəli bir tikili. Göydələnin hündürlüyü 242,4 metrdir.

Qərb (rus. Запад) qülləsinin ümumi sahəsi 442 915,2 kvadratmetrdir. Federasiya kompleksi ofis və mənzillərdən ibarətdir.

Tikinti müddəti

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.