Fazil Vahidov
Fazil Vahidov — alim.
Fazil Vahidov | |
---|---|
azərb. Vahidov Fazil Qulammirzə oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ağsu rayonu, Nuran kəndi |
Həyatı
Vahidov Fazil Qulammirzə oğlu 1941-ci ilin martında Ağsu rayonunun Nuran kəndində anadan olmuşdur. 1958-ci ildə Ağsu qəsəbə orta məktəbini bitirmişdir. 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxumuşdur. 1970-ci ildən BDU-da çalışır.
Təhsili, elmi dərəcəsi və elmi adları
Ali təhsillidir. 1972-ci ildə "Ömər Faiq Nemanzadənin dünyagörüşü" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir; fəlsəfə elmləri namizədidir. 1974-cü ildən BDU-nun dosentidir.
Əmək fəaliyyəti
- 1963-1965-ci illərdə Kürdəmir rayonundakı "Bolşevik" sovxoz 8-illik məktəbinin müəllimi;
- 1965-1967-ci illərdə Kürdəmir rayonundakı Böyük Kəngərli 8-illik məktəbinin direktoru;
- 1967-1970-ci illərdə BDU-nun Fəlsəfə kafedrasının aspirantı;
- 1970-1974-ci illərdə BDU-nun Politologiya və sosiologiya kafedrasının müəllimi və baş müəllimi;
- 1974-1991-ci illərdə həmin kafedranın dosenti;
- 1992-2006-cı illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı;
- 1991-hal-hazıradək Sosiologiya kafedrasının dosenti;
- Apardığı dərslər: Ümumi sosiologiya, Sosioloji tədqiqatın metodologiyası və metodikası;
- 80-ə qədər məqalə və tezisin, 1 broşüranın, 1 monoqrafiyanın, 4 kitabın müəllifidir;
- 7 elmlər namizədi yetişdirmişdir;
- 2007-ci ildə "İlin müəllimi" fəxri adına layiq görülmüşdür.
Tədqiqat sahəsi
- şəxsiyyət problemi
- dünyagörüşü məsələləri
Seçilmiş əsərləri
- 2004, "Sosiologiya". Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
- 2008, "Sosiologiya". Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
- 2008, "Jurnalistika və sosiologiya". Dərs vəsaiti. (həmmüəlliflə).
Kitabları
- 1977, "Elmi dünyagörüşünün formalaşması zəhmətkeşlərin kommunist tərbiyəsinin tərkib hissəsidir"
- 1987, "Ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaşması" (həmmüəlliflə).
- 1994, "Sosiologiya". Dərs vəsaiti (həmmüəlliflərlə).
- 2005, "Sosiologiya". Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
- 2008, "Sosiologiya". Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
- 2008, "Jurnalistika və sosiologiya". Dərs vəsaiti. (həmmüəlliflə).
Dövlət və beynəlxalq proqram və qrantlar
2002-2004-ci illərdə Rusiya, Polşa və Azərbaycanda "Kənd həyatı" tematikası üzrə sosioloji sorğunun təşkilatçılardan biri olmuşdur.
Tələbələrlə münasibəti
Sosial elmlər və psixologiya fakültəsinin tələbələri fakültədə sosioloji sorğu keçirmiş, fəlsəfə, politologiya, sosiologiya, psixologiya, iqtisadiyyat ixtisasları üzrə ilin müəllimini müəyyən etmişlər. Həmin sorğunun nəticələrini elan etmək üçün 19 aprel 2010 – cu il tarixində "Qızıl SEP: ilin müəllimi" mövzusunda tədbir keçirilmişdir. BDU rəhbərliyinin iştirak etdiyi bu tədbirdə Fazil Vahidov Sosiologiya ixtisası üzrə "İlin müəllimi" seçilmiş və mükafatlandırılmışdır.