Fazil Quliyev

Fazil Balahəsən oğlu Quliyev (1957, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı.

Fazil Quliyev
bayraq
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini – Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi
bayraq2
Vəzifədədir
20 may 2013-cüildən
bayraq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi[lower-alpha 1]
bayraq2
1999 2013
Şəxsi məlumatlar
Doğum tarixi 1957
Doğum yeri
Rütbəsi
Polis general-leytenantı

Təltifləri "Azərbaycan Bayrağı" ordeni  — 2002 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2015 "Vətən uğrunda" medalı  — 2013

Həyatı

Quliyev Fazil Balahəsən oğlu 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. 1991–1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini, 1999-cu ildə DİN Təşkilati-İnspektor İdarəsinin rəisi, 2001–2013-cü illərdə isə DİN Baş Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 20 may 2013-cü il tarixli 2906 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini — Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni, 2013-cü il 1 iyul tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 2015-ci il 1 iyul tarixli 1311 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 1 iyul 2014-cü il tarixli 597 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

Ailəlidir, iki övladı var.

Qeydlər

  1. 2001-ci ilin iyun ayında Azərbaycan DİN Təşkilat-İnspeksiya İdarəsinin adı Baş Təşkilat-İnspeksiya İdarəsi olaraq dəyişdirilmişdir.

Xarici keçidlər

  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saytında Fazil Quliyev haqqında səhifə. mia.gov.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.