Fazil Şirvani

Fazil Şirvani (tam adı: Fəridəddin Əbülhəsən ibn Əli ibn Əbdülkərim; 1057/1060, Şamaxı ş. – 1146) — Azərbaycan alimi, astronom.

Fazil Şirvani
Fəridəddin Əbülhəsən ibn Əli ibn Əbdülkərim
Doğum tarixi 1057/1060
Doğum yeri Şamaxı
Vəfat tarixi
Elm sahəsi Astronomiya

Haqqında

Şirvanın qaynar elm mərkəzində dostu Kafiəddin Ömərlə çiyin-çiyinə çalışmışdır. Bəzi mühakimələrə görə, XI əsrin axırlarında Dədəgünəş astronomiya mərkəzinin başçısı idi. Bu mərkəz Kafiəddin Ömər Şirvaninin başçılıq etdiyi akademiyanın strukturunda mühüm elmi mərkəzlərdən biri idi. 30 il ərzində ulduzların hərəkətini öyrənmək sahəsində tədqiqat aparmışdır. Ulduzların hərəkətinə dair tərtib etdiyi cədvəli 1146-cı ildə tamamlaması və həmin ildə 89 yaşında vəfat etməsi barədə əsaslı məlumat vardır.[1]

Xarici keçidlər

İstinadlar

  1. E. Mehrəliyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000, s.55-56
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.