Fayv Poynts (Manhetten)

Fayv Poynts (ing. Five Points) ― Nyu-York şəhəri Aşağı Manhetten hissəsinin 19-cu əsrə aid keçmiş rayonu. Rayon Kollekt Pond adlı şirin su gölünün daşıb basdığı ərazidə qismən tikilmişdir və onun sərhədləri adətən qərbdə Mərkəzi küçədə, şərqdə Baueri küçəsində, şimalda Kanal küçəsində və cənubda Park Rouda bitirdi. əhalisi sıx, xəstəliklərə yoluxmuş, cinayətlə dolu bir gecəqondu kimi beynəlxalq şöhrət qazandı. Fayv Poynts 70 ildən çox bir müddətdə əhalisi sıx, xəstəliklərə yoluxmuş, cinayətkarlarla dolu və şəhərin yoxsullar yaşayan hissəsi kimi bütün dünyaya tanınırdı.[1]

Corc Ketlinin Fayv Poynts rayonunun rəsim təsviri

Yirminci əsr ərzində keçmiş Fayv Poynts rayonu tədricən yenidən quruldu, küçələr dəyişdirildi və ya bağlanıldı. İndilərdə bu ərazinin qərb və cənubunda əsas federal, əyalət və şəhər obyektlərini özündə cəmləşdirən Bələdiyyə mərkəzi yerləşir. Şərq və cənub hissələrini isə Çaynataun tutur.

İstinadlar

  1. "The First Slum in America". The New York Times. September 20, 2001. December 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 7, 2017.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.