Fatma Qədri

Fatma xanım Qədir qızı Qədri (1 (14) aprel 1907 və ya 1907[1], Odessa, Xerson quberniyası[2]29 fevral 1968[2] və ya 1968[1], Bakı[2]) — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa, Azərbaycan SSR xalq artisti (1943).[3]

Fatma Qədri
Doğum tarixi 1 (14) aprel 1907 və ya 1907[1]
Doğum yeri
Vəfat tarixi 29 fevral 1968(1968-02-29)[2] və ya 1968[1]
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Təhsili
Teatr
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1943 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1936
"Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni  — 1959
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Milli səhnəmizin ilk peşakar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır.

Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M. Əfəndiyev; J. B. Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə. Hamid), Oa-Şen ("Çin tanrısı", F. Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C. Cabbarlı), Xumar ("Şeyx Sənan", H. Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V. Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C. Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932–1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa ("Dubrovski", A. S. Puşkin), Xuraman ("Vaqif", S. Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U. Şekspir), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A. Ostrovski), Polina ("Ögey ana", O. Balzak), Gültəkin ("Aydın", C. Cabbarlı), Məhəbbət ("Məhəbbət", M. İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir.

Fatma Qədri Gülbahar rolunda ("Anamın kitabı")

Mükafatları

İstinadlar

  1. Qədri, Fatma Qədir qızı // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. Кадри Фатьма Кадыровна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. "Fatma Qədri (adam.az)". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-02.

Mənbə

  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.154.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.