Fasil-Gebbi
Fasil-Gebbi və ya Kral tikilisi (amh. ፋሲል ግቢ — Fasil Ghebbi) — Efiopiyanın Qondar şəhərindəki qala dağıntılarıdır. 17-ci əsrdə İmperator Fasiledes (Fasil) tərəfindən qurulmuşdu və Efiopiya imperatorlarının evi idi. Unikal memarlığı Nubiya üslubları da daxil olmaqla müxtəlif təsirləri nümayiş etdirir. Ərazi 1979-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Gebbi amhar dilində bir tikili və ya əlavə üçün istifadə olunur.[1]
Fasil-Gebbi | |
Fasil Ghebbi, Gondar Region [* 1] | |
Ölkə | Efiopiya |
---|---|
Tip | Mədəni |
Kriteriya | (ii), (iii) |
Keçid | 19 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 1979 (3-cü sessiya) |
|
|
Kompleksə Fasiledes qalası, I İyasu sarayı, III Devit salonu, ziyafət salonu, tövlələr, İmperatriçə Mentevab qalası, bir dəftərxana, kitabxana və üç kilsə daxildir.
Tarix
Fasil-Gebbinin mənşəyinə, Efiopiya imperatorlarının əmlaklarını gəzib kəndlilərin məhsullarından yayınmaq və çadırlarda məskunlaşmaq kimi köhnə ənənələrində rast gəlmək olar. Bu əlaqəni əks etdirərək məntəqə tez-tez katama ("düşərgə" və ya "möhkəmləndirilmiş qəsəbə") və ya I Baida Məryəmin Kral salnaməsindəki imperiya düşərgəsinə tətbiq olunan makkababya adı ilə anılır.[2]
İmperator Fasiledes bu köçərilik ənənəsini pozdu və Qondar şəhərini özünün paytaxtı olaraq qurdu. Şəhərin nisbi-daimi olması onu tarixən əhəmiyyətli edir. İmperator paytaxtda Fasil Qemb və ya Fasiledes qalasının inşa edilməsini əmr etdi. Fasil Qemb ətrafındakı bölgə çox sayda qapıları olan bir divarla əhatə olundu.
Sonrakı imperatorlar da öz tikililərini inşa etdilər və bunlardan əksəriyyəti bu gün ya təmamilə, ya da qismən sağ qalmışdır.[3] 1950-ci illərin sonlarında Fasil-Gebbini ziyarət edən Tomas Pakenham saraylar arasındakı qalıqların imperiya şəhərinin pavilyonları və köşklərinin dağıntıları olduğunu müşahidə etdi.[4] Orijinal binalar islam və hind memarlıq üslublarından təsirlənmiş, sonrakı tikililərdə isə Yezuitlər ordeni tərəfindən Barokko üslubu təqdim edilmişdir.[5]
Təsviri
Fasil-Gebbi təxminən 70.000 kvadrat metr ərazini əhatə edir. Ərazi cənubdan Qondarın imperiya elanlarının verildiyi, qoşunların təqdim edildiyi, cinayətkarların edam edildiyi bazar yeri olan və hal-hazırda şəhər parkı kimi fəaliyyət göstərən Adababaya qədər uzanır.[6]
Fasil-Gebbi on iki qapısı olan bir istehkam divarı ilə əhatə olunmuşdur.[7]
Yerüstü lazer tədqiqatı ilə 3D sənədlər
Zamani Layihəsi, Qondarın mərkəzindəki Fasil-Gebbiyi yerüstü 3D lazer skaneri ilə sənədləşdirdi.[8][9][10] Sənədləşdirilmiş strukturlara İmperator Fasiledes qalası, Bakaffa qalası, III Devit zalı, İmperator İyasu qalası, Kral Kitabxanası, dəftərxana və Kral Arxiv binası daxildir.
Qalereya
- Fasil Qemb'in yan girişi
- Fasiledes Sarayının daxili
- İyasu Sarayı
- İyasu Sarayı
- Kral kitabxana binası
- Kral arxiv binası
İstinadlar
- Appleyard, David. Colloquial Amharic (2nd). Routledge. 2013. 2017-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.
- Munro-Hay, Ethiopia, the unknown land: a cultural and historical guide (London: I. B. Tauris, 2002), p. 118
- Richard Pankhurst, The Ethiopians: A History (Oxford: Blackwell, 2001), pp. 109f
- Pakenham, The Mountains of Rasselas (New York: Reynal & Co., 1959), p. 42
- "Fasil Ghebbi, Gondar Region". UNESCO World Heritage. 1 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2019.
- Munro-Hay, Ethiopia, pp. 114f
- Munro-Hay, Ethiopia, pp. 118–120
- "Site - Fassil Ghebbi - Gondar". zamaniproject.org. 2019-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- Rüther, Heinz; Rajan, Rahim S. "Documenting African Sites: The Aluka Project". Journal of the Society of Architectural Historians. 66 (4). 2007: 437–443. doi:10.1525/jsah.2007.66.4.437. ISSN 0037-9808. JSTOR 10.1525/jsah.2007.66.4.437.
- Rüther, Heinz. "An African Heritage Database: The Virtual Preservation of Africa's Past" (PDF). International Society for Photogrammetry and Remote Sensing. 2002. 26 February 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 October 2019.