Fars dırmanantəlxəsi
Fars dırmanantəlxəsi[2] (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür.
Fars dırmanantəlxəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Klad: Sauropsida Sinif: Klad: Eureptilia Klad: Romeriida Klad: Diapsida Klad: Neodiapsida Klad: Sauria Klad: Lepidosauromorpha Dəstəüstü: Lepidosauria Dəstə: Klad: Toxicofera Klad: Ophidia Yarımdəstə: ???: Fars dırmanantəlxəsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təsviri
Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir.[3] Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir. Bir və ya iki gözarxası, 2+2, 2+3 nadir hallarda 1+3 gicgah, 8 nadir hallarda 7 üst dodaq qalxancıqlarından 4 və 5-ci gözə toxunur, 10 və ya 11 alt dodaq, kənarları hamar 21 və ya 25 bel pulcuqları, pulcuqların formulu 27 – 25 – 23 – 21 – 19 - 17, qarınaltı qalxancıqlar 207 - 233 ədəd, quyruqaltı qalxancıqlar isə 68 - 83 cüt olur, anal qalxancıq bölünmüşdür.
Yayılması
Azərbaycanın cənub-şərq hissəsinin meşə zonasında (Lənkəranın Şahağac, Gücavar, Astaranın Bəndəsər, Züngüləş kəndləri ətrafında və Talışın dağətəyi meşələrində) yayılmışdır. Azərbaycandan kənarda İranda Elbursun dağətəyi hissəsində, Xəzərin cənub hissəsinin sahil zolağında, Gilan və Mazandaran əyalətlərində rast gəlinir.[4]
Yaşama yeri və həyat tərzi
Lənkəran təbii vilayətində enliyarpaqlı rütubətli meşələrdə, seyrək kolluqlarda, çılpaq dərə yamaclarında rast gəlinir. Qış yuxusundan martın-aprelin əvvəlləri oyanır. Oktyabrın sonlarına kimi fəaldır. Cavan fərdləri xırda cücülərlə, yetkin fərdləri isə kiçik məməlilərlə-siçanabənzər gəmiricilərlə, nadir hallarda quşlar, quş balaları və yumurtaları ilə qidalanır. Yumurta qoyma iyulun əvvəlləri və ortaları baş verir. Cinsi yetkinliyə üç yaşında çatırlar.
Sayı
Azərbaycanın cənub-şərqində 10 km marşrutda fərdlərin sayı 2 - 3-ə çatır.
Məhdudlaşdırıcı amillər
İnsan fəaliyyəti nəticəsində yaşama yerləri olan meşələrin qırılması, həmçinin təbii düşmənləri olan gündüz yırtıcı quşları, yırtıcı məməlilər tərəfindən məhv edilmə.
Qorunma
Hirkan Milli Parkının ərazisində qorunur. İUCN siyahısına (DD kateqoriyası ilə) daxildir. Meşələrin qırılmasının qarşısının alınması, həmçinin insanın növün yayıldığı yerlərdə transformasiyaedici və modifikasiyalaşdırıcı təsirinin qadağan etmək lazımdır.[5]
Mənbə
- 1.Bünyatova S.N. Lənkəran təbii vilayətində yayılan eskulap təlxəsinin (Elaphe longissima, Laurenti, 1768) bəzi bioekoloji xüsusiyyətləri. Zooloqlar cəmiyyətinin əsərləri, Bakı, 2008. səh. 607 - 610;
- 2. Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Баку: Элм, 1978. стр. 128;
- 3. Банников А.Г., Даревский И.С., Ищенко В.Г., Рустамов А.К., Щербак Н.Н. Определитель земноводных и пресмыкающихся фауны СССР. М.: Просвещение, 1977. стр. 281-283;
- 4. Туниев Б.С., Орлов Н.Л., Ананьева Н.Б. Змеи Кавказа: таксономическое разнообразие, распространение, охрана. Товарищество научных изданий КМК Санкт-Петербург-Москва, 2009, стр. 87 - 88.
- Azərbaycan Respublikasının "QIRMIZI KİTABI", II cild, Fauna, Bakı 2013
İstinadlar
- The Reptile Database (ing.). / P. Uetz 2015.
- "AMEA. Zoologiya İnstitutu. Sürünənlər". 2015-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.
- Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Баку: Элм, 1978. стр. 128;
- Bünyatova S.N. Lənkəran təbii vilayətində yayılan eskulap təlxəsinin (Elaphe longissima, Laurenti, 1768) bəzi bioekoloji xüsusiyyətləri. Zooloqlar cəmiyyətinin əsərləri, Bakı, 2008. səh. 607 - 610;
- Azərbaycan Respublikasının "QIRMIZI KİTABI", II cild, Fauna, Bakı 2013