Fars çayı
Fars (adıq Фарз) — Adıge Respublikasında və Krasnodar diyarında çay. Fars Laba çayının sol qolu olub Kuban hövzəsinə aiddir.
Fars | |
---|---|
adıq Фарз | |
Ölkələr | |
Mənbəyi | Pobeda qəsəbəsi |
• Yüksəkliyi | 1010 m |
Mənsəbi | Laba |
• Yüksəkliyi | 70 m |
Uzunluğu | 197 km |
Hövzəsinin sahəsi | 1450 km² |
|
|
DSR | 06020000912108100004057 |
Vikianbarda əlaqəli mediafayllar |
Xarakteriskası
Fars çayı öz başlanğıcını Qayalı silsiləsinin şimal yamacında yerləşən mağaradan çıxan bulaqdan götürür. Yaxınlıqda Ekvesopko dağı yerləşir. Mənbədən 4,3 km cənub-şərqdə Pobeda qəsəbəsi yerləşir.[1] Mənsəbinin hündürlüyü dəniz səviyyəsindən 70 metr yüksəklikdədir. Mənbənin hündürlüyü — dəniz səviyyəsindən 1010 metrdir.
Yuxarı axınlarda çay əhəng daşılı süxurlardan keçir və dərədən çıxdıqdan çay kənarında olan ilk yaşayış məntəqəsi olan Novosvobodnaya kəndindən keçir. Maxoşevskaya kəndi yaxınlığında dağ-meşə zonasından çıxır. Yaroslavskaya kəndində sağ qolu olan — Psefir çayı ilə birləşir. Karseva xutorunun cənubunda sol qolunu qəbul — Seral. Laba çayına, sol sahildən, mənsəbinin 72 km-də birləşir.
Maykop, Qiaqin, Koşexabl və Şovqenovsk rayonları, eləcə də Krasnodar diyarının Mostovski rayonu ərazisindən keçir. Çayın uzunluğu — 197 km, su toplayıcı hövzəsinin sahəsi — 1450 km². Çayın ümumi düşməsi — 950 m, meyillik — 4,61 m/km-dir.
Yuxarı axınlarda Fars dağ çayı xarakteri daşıyır. Aşağı axarlarında isə tipik düzənlik çayıdır. Meandrlaşma güclüdür. Minerallaşma aşağı axarlarda yüksəkdir. Yay aylarında yağıntıları az olması səbəbi ilə suyun səviyyəsi düşür. Daşqınlar zamanı su ətraf ərazilər basır.
Rusiyanın dövlət su reyestrinin məlumatlarına görə Fars çayı Kuban hövzəsi bölgəsinə, Laba çayının su təsərrüfatı dairəsinə daxildir.
Çayın yuxarı axarlarında qafqaz müharibəsi zamanı adıqların yaratdığı müdafiə xəttinin qalıqlar qalmış. Ətraf ərazilərdə çoxlu mağaralar var. Onlardan ən məhşuru qədim monastrın yerləşdiyi mağaradır. Meşələrində daha çox ağacvarı fındıq yetişir.
Etimologiyası
Osetin dilində (oset. фарс) — "tərəf" mənasını verir.[2][3] Ərəb dilində "fərz" dini göstəriş, vəzifə deməkdir[4]. Adıq dilindən Ифэрзагъ tərcümədə "yuvarlandı, uçdu" deməkdir.[5]
Bunlardan başqa çay əvvəllər adıqların maxoşev tayfalarının mərkəzi olan eyni Sosurokay kəndininadı ilə tanınırdı.[4]
İstinadlar
- "Географический атлас России" / АСТ • Астрель • Роскартография, Москва, 2008 год. ISBN 5-85120-218-1.
- Абаев В. И. Осетинский язык и фольклор. — М.—Л.: Издательство АН СССР, 1949. — С. 310.
- Коков Дж. Н. Фарс // Избранные труды. Том 1. Адыгская топонимия. — Нальчик : Эльбрус, 2000. — С. 405. — ISBN 5-7680-1434-9.
- К. Х. Меретуков. Фарз // Адыгейский топонимический словарь. — 3-е изд., доп. — Майкоп : ООО "Качество", 2003. — С. 259. — ISBN 5-901701-43-7.
- Твёрдый А. В. Фарс // Кавказ в именах, названиях, легендах: опыт топонимического словаря. — Краснодар : Платонов И., 2008. — С. 334. — ISBN 978-5-89564-044-9.