Fariz Əhmədov

Fariz Asif oğlu Əhmədov (15 dekabr 1983, Bakı) — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-ci ildən).

Fariz Əhmədov
Fariz Asif oğlu Əhmədov
Doğum tarixi 15 dekabr 1983(1983-12-15) (40 yaş)
Doğum yeri
Təhsili

Həyatı

Fariz Əhmədov 15 dekabr 1983-cü ildə Bakıda anadan olub. ADMİU-nun Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasında (2001–2005) və Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil alıb (2007-dən).

Professional Kinorejissorlar Gildiyasında koordinator (2003–2005), Beynəlxalq Audiovizual Festivalda koordinator (2003–2005), ANS TV-də rejissor (2005–2006) kimi çalışıb.

Hazırda AzTV-də rejissordur. Fariz Əhmədov "Kiçik Əmanət" (2005, 5 dəq, film haqqında film), UNICEF üçün "Gənclik və Sülh" mövzusunda 1 dəqiqəlik sənədli filmin (2003) müəllifidir.

2010-cu ildə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə daxil olmuş və 2012-ci ildə həmin ali təhsil ocağının magistr pilləsini bitirmişdir.

2012-ci ildə "Azanfilm" animasiya filmləri studiyasının direktoru təyin edilmişdir. 2020-ci ildən "Azərbaycanfilm" kinostudiyasının direktorudur.[1]

Mükafatları

Çəkdiyi "Əriyən ada" filmi 2015-ci ildə "Ən yaxşı sənədli film" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.[2]

Filmoqrafiya

  1. Bakı sübhdən günbatanadək (film)[3][4]
  2. Anlama… (film, 2008)
  3. Qocalar (film, 2008)
  4. Bir addım (film, 2009)
  5. Miras[5]
  6. Mayak (film, 2012)
  7. Portret (film, 2012)[6]
  8. Əriyən ada (film, 2013)
  9. Əbədi ezamiyyət (film, 2016)

İstinadlar

  1. Kulis. "Kinostudiyaya yeni direktor təyin edildi" (az.). Kulis. 06.10.2020. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  2. Report. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). Report.az. 29 dekabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  3. Zümrüd. "Bakı sübhdən günbatanadək" Krakov festivalında: [ Fariz Əhmədovun eyniadlı filmi haqqında] //Səs.- 2015.- 29 noyabr.- S.7.
  4. Azəri, L. Bakı sübhdən günbatanadək: Beynəlxalq layihə çərçivəsində ekranlaşdırılan tammetrajlı sənədli filmin təqdimatı //Mədəniyyət.- 2015.- 20 fevral.- S.4.
  5. Rüstəm, Z. "Miras" beynəlxalq kinofestivala çıxarılır: [Rejissor Fariz Əhmədovun eyni adlı sənədli filmi haqqında] //Ayna.- 2011.- 12 mart.- S. 20.
  6. Aydın Kazımzadə. Kino və zaman. Bakı: Şərq-Qərb, 2016 — səh. 587
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.