Fariz Şıxaliyev

Fariz Şahverdi oğlu Şıxaliyev (10 dekabr 1987; Xabarovsk, Sovet Sosialist Respublikaları İttifaqı27 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Fariz Şıxaliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xabarovsk, Sovet Sosialist Respublikaları İttifaqı
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Xocavənd, Azərbaycan
Dəfn yeri Şamaxı Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 20112020
Rütbəsi Gizir
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
  Cəbrayılın azad edilməsi
  Füzulinin azad edilməsi
  Hadrutun azad edilməsi
  Qubadlının azad edilməsi
  Zəngilanın azad edilməsi
Təltifləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı"Vətən uğrunda" medalı  — 2020 "Cəsur döyüşçü" medalı  — 2020

Həyatı

Fariz Şıxaliyev 1987-ci il dekabrın 10-da Sovet Sosialist Respublikaları İttifaqının Xabarovsk vilayətində anadan olub.[1] 1994-2004-cü illərdə A.A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbində, 2006-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb. Ailəli idi. Bir oğul övladı yadigar qaldı.

Hərbi xidməti

Fariz Şıxaliyev 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsi altında xidmətə başlayıb.

2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətini davam etdirirdi.

Fariz Şıxaliyev 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlər zamanı Talış yüksəkliyi istiqamətində savaşıb.

Azərbaycan Ordusunun giziri olan Fariz Şıxaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, QubadlıZəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Fariz Şıxaliyev oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Şıxaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Şıxaliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]

Təltifləri

(26.06.2014) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

- II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]

(18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.