Fariz Səfərov
Səfərov Fariz Məcid oğlu (20 iyun 1920, Nehrəxəlil, Ərəş qəzası – 27 avqust 1964, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (19 mart 1944).
Fariz Səfərov | |
---|---|
Fariz Məcid oğlu Səfərov | |
Doğum tarixi | 20 iyun 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 27 avqust 1964 (44 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | hərbi qulluqçu |
Partiyası |
Həyatı
Fariz Səfərov 1920-ci il iyunun ayının 20-də Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri Biləcəri qəsəbəsindəki 5 nömrəli rus dilli məktəbin hazırlıq kursunu bitirmişdir. Az bir müddət Kürdəmir rayonunda rus dili müəllimi işləmişdir. 1939-cu ildə Bakı ŞHK-dan hərbi xidmətə çağrılmış, Litvada, daha sonra Minsk şəhərində Hərbi Hava Qüvvələri hissəsində xidmət etmişdir.
On günlük məzuniyyətə gedən baş serjant Fariz Səfərov müharibə başladığından Minskdəki hərbi hissəyə geri dönməli olur, yolda olduğu qatarı alman təyyarələri bombalayır, çox sayda insan ölsə də Səfərov Fariz sağ qalır və 416-cı Taqanroq diviziyasının hissələrindən birinə qoşulur.
1943-cü ildə Zaporojye ətrafında Qızıl Ordu birləşmələri qanlı döyüşlərlə düşməni sıxışdıraraq Dneprə sahillərinə yaxınlaşdığı bir vaxt baş serjant Səfərov gecənin qaranlığında bir qrup döyüşçü ilə birlikdə qayıqlara düşmən sahilə yön alır. Düşmən sahilə yaxınlaşmağa 10–15 metr qalmış qayıqlarını görsə də sahilə çıxa bilirlər. Ağır döyüşlərə baxmayaraq düşmən sahil zolağını yenidən ələ keçirə bilmir. Fariz Səfərovun rəhbərliyi altında əməliyyat müvəffəqiyyətlə tamamlanır. Alman Ordusuna məxsus xeyli döyüş sursatı, texnikası ələ keçirilir. Tezliklə Sovet ordu hissələri Dnepr çayını keçərək hücuma başlayır.
19 mart 1944-cü il tarixində SSRİ Ali Sovetinin Qərarı ilə Səfərov Fariz Məcid oğlu Sovet İttifaqı Qəhrəmanı adı alır (medal № 3452).
Fariz Səfərov müharibədən sonra da ordudan ayrılmamış və 1957-ci ildə mayor rütbəsində ehtiyata göndərilmişdir. O, 27 avqust 1964-cü ildə vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ləki qəsəbəsində Fariz Səfərovun ev muzeyi açılmış, Ağdaş Tarix-Diyarşünaslıq muzeyində xatirəsinə guşə yaradılmışdır.
İstinadlar
Xarici keçidlər
- Сафаров Фарис Меджид оглы
- Savash-Az.com Arxivləşdirilib 2010-05-10 at the Wayback Machine