Fari və Hekla boğazı

Furi və Hekla boğazı ing. Fury and Hecla Strait) - Baffin Torpağı adasını materikdə yerləşən Melvill yarımadasından ayırır. Buthia körfəzi ilə Foks körfəzini birləşdirir. Uzunluğu 190 km, eni isə 50 km-ə yaxındır. İlin böyük qismi buzla örtülü olur. Boğaz 1822-ci ilin iyul ayında Vilyam Parri tərəfindən aşkarlanır. Boğazı keçməyə cəhd etsə də, buzun qalınlığı onun irəliləməsinə imkan vermir. Boğaza maraq daim aktual olur, səbəb isə onun şimal dəniz yolunun üzərində yerləşməsidir. Parri boğazı gəmilərinin şərəfinə adlandırmışdır. Cozef Berne boğazı 1911-ci ildə keçmək istəsə də bir nəticə əldə etməmişdir[1].

Fury və Hekla boğazı
ing. Fury and Hecla Strait
Ümumi məlumatlar
Eni minimum 50 km
Uzunluğu 190 km
Yerləşməsi
69°49′59″ şm. e. 94°00′00″ q. u.
Ölkə  Kanada
Akvatoriyası
Ayırır Baffin Torpağı adasını Melvill yarımadasından
Fury və Hekla boğazı xəritədə
Fury və Hekla boğazı
Fury və Hekla boğazı
Fury və Heklaboğazı (Kanada)
Fury və Hekla
boğazı

İstinad

  1. "Canadian Encyclopedia. Fury and Hecla Strait". 2011-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-03.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.