Farenheyt şkalası

Farenheyt1724-cü ildə alman fiziki Daniel Qabriel Farenheyt (1686-1736) tərəfindən irəli sürülmüş istilik ölçü vahididir. XX əsrin 60-70-ci illərinə qədər ingilisdilli ölkələrdə geniş istifadə edilsə də, sonradan Selsi şkalasının populyarlıq qazanması ilə istifadədən çıxmışdır. Hazırda yalnız ABŞ, Kayman adalarıBelizdə geniş istifadə edilir.

Farenheyt şkalası
Ümumi məlumatlar
Simvolu
Adını daşıyır Qabriel Farengeyt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  Farenheyt istifadə edən ölkələr.
  Farenheyt və Selsi istifadə edən ölkələr.
  Selsi istifadə edən ölkələr.

Farenheyt şkalasına görə normal atmosfer təzyiqində suyun donma temperaturu +32 °F, qaynama temperaturu isə +212 °F təşkil edir. Farenheyt şkalası üzrə 1 dərəcə bu iki temperatur göstəricisi arasındakı fərqin 1/180-ə bərabərdir.

Yaranma tarixi

Selsi və Farengeyt termometrlərinin müqayisəsi.

Bu şkalanın yaranmasının bir neçə versiyası var. Onlardan birinə görə Qabriel Farengeyt öz şkalasında 0-cı dərəcə kimi bərabər nisbətdə qarışdırılmış su və xörək duzunun donma temperaturunu, 100-cü dərəcə kimi isə insanın normal bədən temperaturunu götürmüşdür. Lakin burada Farengeyt səhvə yol verib. Belə ki, insanın normal bədən temperaturu 97,9 °F təşkil edir. Bunu isə başqa bir versiya ilə izah edirlər. Guya Q. Farengeyt öz həyat yoldaşının bədən temperaturunu əsas götürübmüş, lakin o bir qədər xəstə olduğuna görə onun bədən temperaturu normadan artıq olub və 2,1 °F fərq də məhz buradan qaynaqlanır. Q. Farengeyt həmişə hesab edirdi ki, onun şkalasında mənfi göstərici ola bilməz. Bu da onun heç vaxt soyuq ölkələrdə olmamasından irəli gəlir (Farengeyt şkalası ilə 0 °F Selsi şkalasında -17,777(8) °C-yə bərabərdir).

Riyazi çevirmə

Farenheyt şkalasının 1 dərəcəsi Selsi şkalasında 5/9 dərəcəyə bərabərdir.

Farenheyt şkalasında olan istiliyi SelsiKelvin şkalalarına, həmçinin əksinə çevirə bilmək üçün aşağıdakı düsturlardan istifadə edilir:

Selsi

Selsi şkalasından Farenheyt şkalasına:

Farenheyt şkalasından Selsi şkalasına:

Kelvin

Kelvin şkalasından Farenheyt şkalasına:

Farenheyt şkalasından Kelvin şkalasına:

Digər temperatur ölçü sistemləri ilə müqayisə

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.