Fandi körfəzi

Fandi (ing. Bay of Fundy, fr. Baie de Fundy) — Şimali Amerika qitəsində, Kanadanın şərq sahillərində, Meyn körfəzinin şimal şərqində yerləşən körfəz. Fandi körfəzi özünün 18 m-lik qabarma və çəkilməsinə görə digər körfəzlərdən fərqlənir. Körfəzin uzunluğu 300 km, eni isə 90 km olub, dərinliyi 214 m-ə qədər çatır.[1] Vadden dənizi ilə eyni xüsusiyyətə malikdir. Körfəzin böyük limanı Sent-Condur. Körfəz böyük hidroenerji potensialına malikdir. Annapolis QÇESi məhz bu körfəzdə yerləşir. Sen-Kura, Sent-Con çayıSent-Con Fendi körfəzinə tökülən çaylardır. Bu körfəzdə Fandi təbiət qoruğu yerləşir.

Fandi körfəzi
ing. Bay of Fundy
fr. Baie de Fundy
Körfəzdə balina balığı
Körfəzdə balina balığı
Ümumi məlumatlar
Adalar Qrand Manan, Kampobello, Dir adası
Sahəsi 28000 km²
Dərin yeri 214 m
Yerləşməsi
45°00′ şm. e. 65°45′ q. u.
Ölkələr
Əyalət
Akvatoriyası
Fandi körfəzi xəritədə
Fandi körfəzi
Fandi körfəzi
Fandi (Yeni Şotlandiya)
Fandi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adalar

  • Qrand Manan
  • Kampobello
  • Dir adası

İstinadlar

  1. ["Müasir coğrafi adlar lüğəti. Fandi körfəzi.  (rus.)". 2009-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-15. Müasir coğrafi adlar lüğəti. Fandi körfəzi.  (rus.)]
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.