Famil Süleymanov
Süleymanov Famil (Qaracallı) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın tanınmış kimya mütəxəssisi [1]
Famil Süleymanov | |
---|---|
Famil Cəbi oğlu Süleymanov | |
Doğum tarixi | |
Doğum yeri | Qubadlı rayonunun Qaracallı kəndi, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı |
Həyatı
Famil Süleymanov 1941-ci ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olub.O, orta təhsilini başa vurduqdan sonra, Sumqayıta gələrək Kimya Texnologiyaları Texnikumuna daxil olur. 1962-ci ildə oranı bitirərək kimya zavodunda 6-cı dərəcəli apparatçı kimi işə başlayır. 1963-cü ildə Neft Kimya İnstitutuna qəbul olur və 1969-cu ildə oranı bitirir. 1974-ci ilin sentyabr ayından sulfanol istehsalının rəisi təyin edilir, 1980-cı ildə üzvi-sintez istehsalat birliyinin rəisi, 1986-cı ildən isə zavod direktorunun müavini vəzifəsinə təyin olunur, 1992-ci ildən yaradılan "Azərkimya" Dövlət Şirkətinin prezidentinin müavini vəzifəsinə təyin edilmişdir.
Fəaliyyəti
20 yanvar faciəsindən sonra Famil Süleymanov yaradıcılıqla məşğul olmağa başlayır və 1996-cı ildə ilk əsəri "Qana boyanmış Quran" çap edilir. Bundan sora məhsuldar işləyən yazar türk, azərbaycanlılarşn 20-ci əsirdə başlarına gəlmiş müsübət və qəhrəmanlıqları yazaraq, özünün 37 cildlik seşilmiş əsərlərində çap etdirmişdir.Famil Süleymanov 37 tarixi romanın müəllifidir. Haqqında Türkiyənin TRT-3 kanalı film çəkir. “Qana boyanmış Quran”, “Qu quşunun nəğməsi” və s. əsərləri ona böyük şöhrət gətirib.
Əsərləri
- Qu quşunun nəğməsi,
- Ağrılı Ağrım mənim,
- Anam niyə ağlayırmış,
- Unutqanlığın faciəsi,
- Qana boyanmış Quran
İstinadlar
- "Yazısı Famil Qaracallı ilə görüş". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-13.