Fallout (seriya)
Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadisələri XXI, XXII və XXIII əsrlərdə cərəyan edir və onun nüvəpank retrofuturistik mövsuzu ilə incəsənəti 1950-ci illər ABŞ-nın müharibə sonrası mədəniyyətindən ilhamlanmışdır. "Fallout" seriyasının sələfi, onun mənəvi varisi olduğu hesab edilən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyunudur.
Fallout | |
---|---|
Janrlar |
|
Yaradıcılar | |
Nəşrçilər |
|
Müəlliflər | Tim Keyn[1] |
Platformalar | |
İlk buraxılış | Fallout 10 oktyabr 1997 |
Son buraxılış | Fallout 76 14 noyabr 2018 |
Rəsmi vebsaytı | fallout.bethsoft.com |
Seriyanın birinci epizodu olan "Fallout" videooyunu "Black Isle Studios" tərəfindən istehsal olunmuş və 1997-ci ildə satışa çıxarılmışdır. Bunun ardından sonrakı il onun sikveli olan "Fallout 2" satışa çıxarılmışdır. "Fallout Tactics: Brotherhood of Steel" taktiki rol videooyununun istehsalından "Micro Forté" və "14 Degrees East" studiyaları məsul olmuşdur. "Interplay" 2004-cü ildə "Black Isle Studios" studiyasını ləğv etmiş[2] və studiya olmadan PlayStation 2 ilə Xbox üçün rol oyunu elementlərinə malik bir döyüş oyunu olan "Fallout: Brotherhood of Steel"i istehsal etmişdir. Əsas seriyanın üçüncü epizodu olan "Fallout 3" videooyunu "Bethesda Softworks" tərəfindən istehsal olunmuş, bundan sonra isə "Obsidian Entertainment" tərəfindən hazırlanan "Fallout: New Vegas" satışa çıxarılmışdır. "Bethesda" 2015-ci ildə "Fallout 4", 2018-ci ildə "Fallout 76" videooyununu satışa çıxarmışdır.
"Fallout" əqli mülkiyyətinin sahibi "Bethesda Softworks" şirkətidir.[3] "Bethesda" seriyanı satın alındıqdan sonra "Fallout"un kütləvi çoxnəfərli onlayn rol oyunu (MMORPG) versiyasını istehsal etmək hüququnu "Interplay" şirkətinə lisenziyalaşdırmışdır. Oyun "Interplay" tərəfindən beta mərhələsinə çatdırılmış,[4] lakin sonradan iki şirkət arasında yaranan mübahisə səbəbilə ləğv edilmişdir.[5]
Videooyunlar
Əsas seriya
Başlıq | İstehsalçı | Yayımçı | Buraxılış tarixləri və platformalar |
---|---|---|---|
Fallout | Black Isle Studios | Interplay Entertainment | |
Fallout 2 | Black Isle Studios | Interplay Entertainment |
|
Fallout 3 | Bethesda Game Studios | Bethesda Softworks |
|
Fallout 4 | Bethesda Game Studios | Bethesda Softworks |
|
Spin-offlar
Başlıq | İstehsalçı | Yayımçı | Buraxılış tarixləri və platformalar |
---|---|---|---|
Fallout Tactics: Brotherhood of Steel | Micro Forté | Interplay Entertainment |
|
Fallout: Brotherhood of Steel | Interplay Entertainment | Interplay Entertainment |
|
Fallout: New Vegas | Obsidian Entertainment | Bethesda Softworks |
|
Fallout Shelter | Bethesda Softworks | Bethesda Softworks | |
Fallout 76 | Bethesda Game Studios | Bethesda Softworks |
|
Ləğv edilmiş videooyunlar
Başlıq | İstehsalçı |
---|---|
Fallout Extreme | 14 Degrees East |
Fallout Tactics 2 | Micro Forté |
Van Buren | Black Isle Studios |
Fallout: Brotherhood of Steel 2 | Interplay Entertainment |
Project V13 (Fallout Online) | Interplay Entertainment
Masthead Studios |
Əlavə məzmunlar
Orijinal videooyun | Əlavənin başlığı | Buraxılış tarixləri və platformalar |
---|---|---|
Fallout 3 | Operation: Anchorage |
|
The Pitt | ||
Broken Steel | ||
Point Lookout | ||
Mothership Zeta | ||
Fallout: New Vegas | Dead Money |
|
Honest Hearts |
| |
Old World Blues | ||
Lonesome Road | ||
Gun Runners’ Arsenal | ||
Courier’s Stash | ||
Fallout 4 | Automatron |
|
Wasteland Workshop | ||
Far Harbor | ||
Contraptions Workshop | ||
Vault-Tec Workshop | ||
Nuka-World |
Ekranlaşdırılma
"Fallout" üçün bir film adaptasiyasının çəkilişinə 1998-ci ildə "Interplay Films" tərəfindən start verilmişdir. Brent V. Fridman filmin ssenari müəllifi təyin edilmişdir, lakin 2000-ci ildə "Interplay Films" diviziyası ləğv edilmiş və film üzərində iş dayandırılmışdır.[6]
Orijinal oyun əsasında "Radioaktiv yağınta: Nuka tətil" (ing. Fallout: Nuka Break) adlı həvəskar bir film çəkilmişdir. Filmdəki obrazlar sığınacaq sakini, onun qulbasdı yoldaşı Ben və keçmiş bir kölədir.[7] Bəzi səhnələr kuklalarla çəkilmiş və CGI effektlərindən istifadə edilmişdir.[8] "YouTube" platformasına yerləşdirilən film[9] altı hissəyə ayrılmış, birinci hissə 2011-ci ilin sentyabrında yayımlanmışdır.[10] "Gizmodo France" saytı filmdə təqdim olunan fotogen səhra mənzərələrini tərifləmişdir.[11] "GameFront" saytının icmalçısına görə film "Fallout atmosferini mükəmməl şəkildə özündə əks" etmişdir[12] və rəsmi "Bethesda" bloqu filmi "gözəl bir iş" adlandırmışdır.[13]
2013-cü ilin yanvarında "Bethesda" elmi fantastik janrda teleserialı üçün bir ticarət markasını qeydiyyatdan keçirmişdir.[14][15] "Dwell On It" saytının işçiləri tərəfindən qeyd edildiyi kimi, teleserial çəkmək hüquqları şirkət tərəfindən 2009-cu ilin fevralında əldə edilmişdi.[16] Şirkətə görə teleserialın hadisələri nüvə fəlakətindən çıxmış bir dünyada cərəyan edəcək.[17][18] 2020-ci ilin iyul ayında "Amazon Studios"un aylardır davam edən danışıqlardan sonra "Fallout" seriyası əsasında bir teleserial çəkmək hüquqlarını lisenziyalaşdırdığı təsdiqlənmişdir.[19] 2 iyul 2020-ci ildə "Amazon" və "Kilter Films"in iştirakını təsdiqləyən bir tizer yayımlanmışdır.[20] Əlavə olaraq, "Bethesda Game Studios" və "Bethesda Softworks" da teleserialın çəkilişindən məsul olacaq.[21]
Mənbə
İstinadlar
- Dransfield, Ian. "The History of Fallout". Retro Gamer (186). October 3, 2018: 21.
- "Q&A: Feargus Urquhart, Part One". GameSpot.com. October 28, 2008. January 22, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 8, 2013.
- "Contract between Bethesda and Interplay Entertainment Corp". April 9, 2007. August 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2007.
- "Beta Status for Fallout Online". Betawatcher.com. April 24, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 8, 2013.
- "Bethesda acquires Fallout MMO rights". Gameinformer.com. July 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 8, 2013.
- Pyotrov, Pyotr. "Interplay готовила экранизацию Fallout". 3DNews Daily Digital Digest (rus). 25 mart 2011. 24 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- Plankett, Luk. "This Fallout Web Series Is Pretty Damn Good". Kotaku (ingilis). 30 avqust 2011. 10 may 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- Qoldman, Tom. "Fallout: Nuka Break Trailer Persuades You to Love It". Escapist (ingilis). 18 dekabr 2010. 3 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- Talenti, Vinsent. "Fallout: Nuka Break". VT Films (ingilis). 3 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- Hodson, Stiven. "Fan made Fallout film turned into a full fledged web series – Awesomesauce!". Inquisitr (ingilis). 8 sentyabr 2011. 8 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- "Court métrage Fallout Nuka Break". Gizmodo France (fransız). 26 yanvar 2011. 9 iyun 2013 tarixində arxivləşdirilib.
- Viteyker. "Fallout: Nuka Break Fan Film is Pretty Amazing". GameFront (ingilis). 25 yanvar 2011. 9 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- "Grab a cold one and enjoy this Fallout fan vid". Bethesda Softworks (ingilis). 1 fevral 2011. 11 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- "Trademark Status & Document Retrieval". Amerika Birləşmiş Ştatları Patent və Ticarət Markası Ofisi (ingilis). 3 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- Robinson, Martin. "Fallout Movie Coming?". IGN (ingilis). 20 aprel 2009. 14 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- Pyotrov, Pyotr. "Bethesda запатентовала телешоу Fallout". 3DNews Daily Digital Digest (rus). 21 aprel 2009. 16 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- Urban, Moris. "Fallout: Bethesda registriert Trademark für TV-Serie". GIGA (alman). 17 yanvar 2021. 3 aprel 2013 tarixində arxivləşdirilib (#bad_url). İstifadə tarixi: 1 iyul 2021.
- Qoldfarb, Endrü. "Fallout TV Series Could Be on the Way". IGN (ingilis). 16 yanvar 2013. 14 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- "KILTER FILMS TEAMS WITH AMAZON STUDIOS TO DEVELOP SERIES BASED ON FALLOUT". Bethesda Softworks (ingilis). 2 iyul 2020. 29 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- T. M. Kim, Mett. "Fallout TV Show In the Works at Amazon From Westworld Creators". IGN (ingilis). 3 iyul 2020. 15 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
- Andreyeva, Nelli; Petski, Denis. "'Fallout' TV Series From 'Westworld' Creators Based On Games In Works At Amazon With Series Commitment". Deadline (ingilis). 2 iyul 2020. 28 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
Ədəbiyyat
- Marshall, Cass. "The Fallout franchise has had a risky roller coaster of a decade". Polygon (ingilis). November 8, 2019. July 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2019.
Xarici keçidlər
- fallout.bethsoft.com — Fallout rəsmi saytı
- Fallout vikiası.