Falanqa (hərb)

Falanqa (yun. φάλαγξ) — qədim yunan ağır piyadalarının (hoplitlərin) döyüş üçün nizələrini qabağa uzadıb bir neçə sıraya düzülüşü. Adətən, 8-16 cərgədən ibarət olurdu. Makedoniya ordusu da belə quruluşa malik idi. Tarixdə ilk məlum falanqa quruluşu, hərəsində 800-1000 hoplit olan 8-16(bəzən 25)cərgədən ibarət idi. Cəbhədən 500 metr idi. E.ə 400-cü ildə, kolxidalılarla döyüşdə, yunan sərkərdəsi Ksenofont falanqanı, müstəqil hərəkətə edə bilən, ayrı-ayrı dəstələrə - lohlara, ayırdı.

Makedon falanqası

Makedon falanqası Makedoniyalı II Filipp tərəfindən ilk dəfə təşkil olunan doyüş düzülüşü, başqa yunan falanqalarından fərqli olaraq burada hoplitlər uzun nizələrlə sarissalarla silahlanmışdılar.[1]

Yunan falanqası

E.ə IV-cü əsrin ikinci yarısından, Makedoniyalı II Filipp falanqanı öndən peltastlarla, cinahlardan isə süvarilərlə qorunmasını tətbiq etdi. Məşhur Böyük makedon falanqasında 16384 hoplit, 8192 peltast və 4096 katafraktari var idi. Falanqa hələ Troya müharibəsi dövründən məlumdur, amma döyüş qaydası kimi e.ə VI-cı əsrdən təsdiq olunmuşdu. Döyüşdə falanqa vahid taktiki vahid kimi hərəkət edirdi, və düzbucaq, kvadrat ya da pilləvari formalara malik idi. Falanqa düzülüşünün sıxlığı(cərgələr arasındakı məsafə 0,5-1 metr idi) və monolitliyi, cəbhədən (frontal) olduqca güclü zərbə endirmək imkanı yaradırdı. Lakin o xeyli ləng və yöndəmsiz, cinahdan isə zəif idi. Bundan başqa kəsişən(yarğanlı), və qapalı(küçə döyüşü) ərazidə hərəkət edə bilmirdi[2].

Falanqa Qədim Romada

Falanqa Qədim Romada manipulayar düzülüşün tətbiq olunmasından əvvəl, eləcə də sonrakı Romanın barbarlarla müharibələrində yenidən tətbiq olunmağa başladı[3].

İstinadlar

  1. История Древнего Мира. Расцвет древних обществ. Главная редакция восточной литературы Москва 1989 səh. 240
  2. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.