Fakolit
Fakolit — linzavari, kökü olmayan və çox vaxt antiklinal, nadir hallarda sinklinal strukturaların şarnir hissəsində yerləşən kiçik intruziv massiv. Az həcmli maqmanın yuxarı qalxaraq qırışıqlıq prosesində iştiraki nəticəsində yaranır. Əsasən ultraəsasi (alp tipli) ofiolit intruzivlərinə xasdır.
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.