Faiq Mustafayev
Faiq İsmayıl oğlu Mustafayev (1923, Bakı – 1977, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959).
Faiq Mustafayev | |
---|---|
| |
Doğum tarixi | 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 1977 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1952–1977 |
Mükafatları |
Həyatı
Bariton səsli müğənni 1952-ci ildən ADOBT-nin solisti olub (müəyyən fasilələrlə). Respublikanın əməkdar artisti idi, səhnədə canlı və təbii görünürdü. Səsini obrazın xarakterinə uyğun olaraq məharətlə idarə edə bilirdi. Əsas partiyaları: Həsən xan ("Koroğlu"), Nofəl ("Leyli və Məcnun"), Süleyman ("Arşın mal alan"), Şahvələd ("Aşıq Qərib"), Əbdüləli bəy ("Sevil"), Tonio ("Məzhəkəçilər"), Qraf Tomson ("Qaratoxmaq qadın"), komendant ("Kornevil zəngləri"), Aleko ("Aleko").
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959
Filmoqrafiya
- Bəxtiyar (film, 1955)
- O olmasın, bu olsun (film, 1956)
- Qızmar günəş altında (film, 1957)
- Mənim atam Əliövsət Sadıqov (film, 2007)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.