Faiq Baxşəliyev

Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı.

Faiq Baxşəliyev
bayraq
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
1993 1996
ƏvvəlkiŞahnaz Ələsgərova
Sonrakıİsmixan Muradov
bayraq
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
1991 1992
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıRafiq Ərəbov
Şəxsi məlumatlar
Doğum tarixi 1951
Doğum yeri
Vəfat tarixi 31 dekabr 2013(2013-12-31)
Vəfat yeri
Təhsili

Həyatı

1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir.

2 oğlu, 1 qızı, 3 nəvəsi var.

Siyasi fəaliytəti

1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir.

1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

1996-cı ildən etibarən ömrünün sonunə qədər şəxsi yaradıcılığı ilə məşğul olmuşdur. Yüzlərlə şeir və qəzəl müəllifidir.

İstinad

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.