Faiq Balabəyli
Balabəyli Faiq Ağaş oğlu (23 fevral 1964, Sabirabad, Astraxanbazar rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996).
Faiq Balabəyli | |
---|---|
Faiq Ağaş oğlu Balabəyli | |
Doğum tarixi | 23 fevral 1964 (60 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Tanınmış əsəri |
|
Üzvlüyü |
Həyatı
Faiq Balabəyli 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971–1981-ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981–1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982–1984-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992–1994-cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib. Hazırda "Millətin səsi" qəzetinin baş redaktoru və İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır.
"Eh ayrılıq, nə yamansan" (1993), "Kəsilməyən həyəcan fiti" (2003), "Sənə yazılan şeirlər" (2005), "Burda darıxmaq olmaz" (2008), "Yaşıl yuxulu dəniz" (2010), "Yaxın uzaq Elazıx" (2011) kitablarının müəllifidir.
1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Türkiyənin və Azərbaycanın ədəbi ödüllərinə layiq görülüb.
1998-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, 1999-cu ildən 2020-ci ilədək VHP Xətai Rayon Təşkilatının sədri, 2003-cü ildən isə VHP Siyasi Şurasının üzvüdür.
Ailəlidir, iki övladı var.
Kitabları
İstinadlar
- "Faiq Balabəylinin iki kitabı təqdim olundu". Kulis.az (az.). İstifadə tarixi: 2024-01-20.