Faiq Abdullayev

Faiq Məmmədəli oğlu Abdullayev (26 dekabr 1936, Naxçıvan17 iyul 2021, Bakı) — Texnika elmləri doktoru (1987), professor (1988), "Neftqazavtomat" Elmi-İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə sabiq birinci müavini, Azərbaycan Dövlət Neft Akademiyası "Avtomatika, Telemexanika, Elektronika" kafedrasının sabiq professoru, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi. Azərbaycan elmini Çexoslovakiya, Polşa, AlmaniyaFransada keçirilən elmi konqreslərdə təmsil etmişdir.

Faiq Abdullayev
Faiq Məmmədəli oğlu Abdullayev
Naxçıvan Ensiklopediyası, Səh. 12
Naxçıvan Ensiklopediyası, Səh. 12
Doğum tarixi
Doğum yeri Naxçıvan şəhəri, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Tamilla Abdullayeva
Uşağı 3
Atası Məmmədəli Abdullayev
Anası Fatma Abdullayeva
Elm sahələri Texnoloji Proses və İstehsalatların Avtomatlaşdırılması
Elmi dərəcəsi Texnika elmləri doktoru (1987)
Elmi adı Professor (1988)
İş yeri AMEA İnformasiya Texnologiya İnstitutu
Alma-mater Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Təhsili
Elmi rəhbəri Əsgər Abdullayev
Tanınır AMEA, ADNA, OYU
Mükafatları SSRİ Dövlət mükafatı  — 1981 SSRİ Nazirlər Sovetinin mükafatı  — 1981
"Qırmızı əmək bayrağı" ordeni  — 1977 "Əmək igidliyinə görə" medalı  — 1970 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elmi nailiyyətləri

  • Qeyri-stasionar neft-kimya reaksiya proseslərinin riyazi modelləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması
  • Proseslərin qeyri-statsionarlığını təyin etmək üçün yeni metodun yaradılması
  • Passiv və aktiv təcrübə usullarının çatışmayan cəhətlərini aradan qaldıran əvəzedici planlaşdırılmanın texnoloji proseslərinin identifikasiyasında yeni prinsiplərin yaradılması
  • Qeyri-stasionar texnoloji proseslərin fiziki-kimyəvi kinetik qanunlarına əsaslanan evristik formal-empirik riyazi modelləşdirilmə üsullarının işlənilməsi, kinetik formal-empirik modellərinin parametrlərinin qarşılıqlı əlaqələrinin göstərilməsi
  • Paylanmış parametrli qeyri-stasionar katalitik proseslərin birbaşa variasiya və maksimum prinsipinə əsaslanan optimallaşdırılma məsələsinin inkişafı və etilen, etilbenzon, formalin və s. sənayə tərəfindən istismar olunan texnoloji proseslərində tətbiqi

Elmi əsərləri

Onun 239 elmi əsəri vardır. Bunlara monoqrafiyalar, dərs vəsaitləri, tematik icmallar və 70-ə qədər ixtira daxildir.

Mükafatları

Xarici keçidlər

  • ABDULLAYEV Faiq Məmmədəli oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 12. ISBN 5-8066-1468-9.
  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. 647 с. Bakı, 1976.
  • Google Scholar profili Google Scholar Citations
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.