Faiq Ağayev (rəssam)

Faiq Əliseyid oğlu Ağayev (25 aprel 1943, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan Respublikasının əməkdar rəssamı (1992).

Faiq Ağayev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Türkiyə Türkiyə
Fəaliyyəti rəssam
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Məktəbi;
Moskva Dövlət İncəsənət İnstitutu
Janrlar natürmort, portret, peyzaj
Stil kubizm
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı  — 1992

Həyatı

Faiq Ağayev 25 aprel 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, ilk təhsilini Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində almışdır. Daha sonra 1964–1970-ci illərdə İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirmişdir. 1972-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilmişdir. Faiq Ağayev 1974–1982-ci illərdə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, 1982–1996-cı illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləmişdir. 1996-cı ildən etibarən Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetində pedaqoji fakültənin rəsm bölümündə işləyir. Həmin vaxtdan Bursada yaşayır.[1]

Yaradıcılığı

Faiq Ağayev 1972–1974-cü illərdə xalq rəssamı Mikayıl Abdullayevin başçılığı altında SSRİ Rəssamlar İttifaqının yaradıcılıq emalatxanasında işləmişdir. O, bu illər ərzində "Balıqçının ailəsi", "Balıqçı qadınlar", "Tor təmiri" kimi əsərləri yaratmışdır. Həmin əsərlər Moskvada təşkil olunan hesabat sərgisində nümayiş olunmuşdur. Faiq Ağayev çoxsaylı natürmortlarında klassik musiqi ifaçıları, maddi-mədəniyyət nümunələri, məişət əşyaları, təbiət motivləri və muğam ustalarına müraciət etmişdir.[1]

Faiq Ağayev daha çox kubizmə yaxınlığını qeyd etsə də, özünü heç bir cərəyana aid etmir. Onun natürmortdan sonra müraciət etdiyi əsas janrlar portretpeyzajdır.[1]

Mükafatları

İstinadlar

  1. "Natürmortçu rəssam" (az.). Mədəniyyət qəzeti. 2019-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2019.
  2. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). e-qanun.az. 2019-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2019.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.