Faiq Əlizadə

Faiq Əlizadə (tam adı: Əlizadə Faiq Əhdülhüseyn oğlu; 10 yanvar 1953, Ağcabədi20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

Faiq Əlizadə
Əlizadə Faiq Əhdülhüseyn oğlu
Doğum tarixi
Doğum yeri Ağcabədi, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Qara Yanvar şəhidi

1953-cü il 10 yanvar tarixində Ağcabədidə anadan olub. Binəqədi rayon təmir-tikinti idarəsində fəhlə işləyib. Üç uşağı qalıb. Hadisə gecəsi Gənclik metrostansiyası yaxınlığında olan Faiq Əlizadə elə oradacada güllələnib. Onu 5 nömrəli xəstəxanaya aparırlar. Yanvarın 20-də səhər saat 9-da iki naməlum şəxs evə gəlib deyib ki, Faiq yaralanıb, xəstəxanadadır. Onlar xəstəxanaya çatana kimi Faiq canını tapşırıbmış. Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ünvan

  • Bakı, 7-ci mikrorayon, Axundov küçəsi, ev 6,

Həmçinin bax

İstinadlar

  • Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.