Faiq Şükürbəyli

Faiq Şükürbəyli; Faiq Xasay oğlu Qurbanov (28 aprel, 1957) — Folklorşünas, jurnalist, filologiya üzrə fəlsəfə doktoru.

Faiq Şükürbəyli
Faiq Xasay oğlu Qurbanov
Doğum tarixi
Doğum yeri Şükürbəyli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili

Həyatı

Qurbanov Faiq Xasay oğlu 28 aprel 1957-ci ildə Füzuli rayonunun Şükürbəyli kəndində anadan olmuşdur. 1971-ci ildə Şükürbəyli kənd natamam orta məktəbini bitirərək Şuşa Pedaqoji Məktəbinə daxil olmuş və 1975-ci ildə oranı müvəffəq qiymətlərlə başa vurmuşdur. Təyinatla Ucar rayonunun Yuxarı Şilyan kənd orta məktəbində müəllim işləmiş, 1976—1978-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir.[mənbə göstərin]

Hərbi xidmətini başa vurduqdan sonra doğma Vətəninə qayıdan Faiq Şükürbəyli 1978—1980-ci illərdə Füzuli rayonunun Aşağı Yağlıvənd kənd orta məktəbində müəllim, 1980—1993-cü illərdə isə Şükürbəyli kənd orta məktəbində hərbi rəhbər və tarix müəllimi işləmişdir. 1983-cü ildə Bakıda Jurnalist Sənətkarlığı İnstitutunu, 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, sonra isə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Institutunun folklor şöbəsinin aspiranturasını bitirmiş, "Azərbaycan şifahi xalq ədəbiyyatının regional xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Faiq Şükürbəyli 1969-cu ildən dövri mətbuatda çıxış etmişdir. Onun saysız-hesabsız məqalələri respublikamızın bir sıra qəzet və jurnallarında dərc olunmuşdur. "Ərgünəş" almanaxında şerləri çap edilmişdir. Bir neçə qəzetlə əməkdaşlıq etmiş və müxbir işləmişdir. Dövri mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, aktual mövzularda yazdığı məqalələrə və qazandığı nailiyyətlərə görə "Kamil sənətkar" diplomuna layiq görülmüşdür.

Faiq Şükürbəyli həm də folklorşünasdır. Onun folklor sahəsində çoxlu sayda incələmələri vardır. Bu sahədə xeyli elmi məqalələrin müəllifi olan Faiq Şükürbəyli eyni zamanda bir neçə kitabın tərtibçisi, yaxud toplayıcısıdır. "Əfsanələr", "Lələ yaranmışam daşdan mən", "Qarabağ folkloru antologiyası" kitablarında onun da imzası vardır. Onun şifahi xalq ədəbiyyatına aid topladığı materiallar bir qayda olaraq respublika radiosunun "Bulaq" verilişində səsləndirilir.

Qarabağ müharibəsində şəhid olan soydaşlarımızın ömür yolundan bəhs edən kitabların müəllifidir: "İstiqlal şəhidləri", "Ərgünəş fəryadı", "Dağlar, oğul amanatı", "Ərgünəşin ər oğulları", "Dağ vüqarlı insan".

Respublikanın tanınmış publisist-jurnalistlərindən biri olan Faiq Şükürbəyli hazırda Azərbaycan Dövlət Neft Akademiyasında çalışır.

Ailəlidir, 3 övladı, 4 nəvəsi var

Mükafatları

filologiya elmləri üzə fəlsəfə doktoru

Əsərləri

  1. “İstiqlaq şəhidləri”, (Bakı, “Sabah” 1995, 262 səh.),
  2. “Ərgünəş fəryadı” (Bakı, “Dünya”, 1997, 192 səh.),
  3. “Dağlar, oğul amanatı”, (Bakı, “Zaman”, 2000, 136 səh.),
  4. “Ərgünəşin ər oğulları”, (Bakı, “Tural” NPM, 2003, 120

səh.),

  1. “Dağ vüqarlı insan”, (Bakı, “Təknur” MMC, 2004, 336

səh.),

  1. “Qaraqoyunlu və qaraqoyunlular”, (Bakı, 2009, 354

səh.),

  1. “Şükürbəyli və şükürbəylilər” (“Zərdabi LTD” MMC,

Bakı, 2011, 328 səh.),

  1. “Könül adamı-Dilarə Həsənova”, (“Zərdabi LTD” MMC,

Bakı, 2011, 232 səh.),

  1. “Şükürbəylilər və Şükürbəyli kəndi”, (“Zərdabi LTD”

MMC, Bakı, 2012, 320 səh.),

  1. “Hüşün-Bozdağın ətəyində yaşıl ada”, (“Zərdabi LTD”

MMC, Bakı, 2013, 192 səh.),

  1. “Ağdaş tarixin yaddaşında” I kitab (Bakı, Letterpress,

2013, 348 səh.),

  1. “Ağdaş tarixin yaddaşında” II kitab (Bakı, UniPrint,

2014, 306 səh.),

  1. “Bum kəndi-tarixdə olduğu kimi” I kitab (“Zərdabi LTD”

MMC, Bakı, 2015, 432 səh.),

  1. “Qarğabazar kəndinin ağaları Ağayevlər”, (Bakı, “Ecoprint”

nəşriyyatı-2018, 156 səh.)

  1. “Ucalıq düsturu” Axund Molla Museyib Şərifzadə,

(Bakı, “Gənclik” nəşriyyatı, 2019, 192 səh.)

  1. “Bayatı ustası Lələ” (Bayatı Sifariş Ədəbiyyatı Mərkəzi,

1995, 48 səh.),

  1. “Bayatılı dastanlar”, (Bakı, UniPrint, 2008, 135 səh.),
  2. “Sözün bahar vədəsi” ( Bakı, 2008, 54 səh.),
  3. “Qarabulaq (Füzuli) folkloru antologiyası”, (“Zərdabi

LTD” MMC, Bakı, 2011, 376 səh.)

Tərtib etdiyi kitablar

  1. Qarabulaq (Füzuli) folkloru antologiyası. I kitab. - 2010.

Filmoqrafiya

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.