Faddeyevski yarımadası

FaddeyevskiKotelnı adasında yerləşən yarımada. İnzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya Respublikası ərazisinə daxildir. Sahəsi 5,3 min km², hündürlüyü 65 metr təşkil edir. Yarımada Ust-Lensk Dövlət Təbiət qoruğu ərazisinə daxildir. XX əsrin əvvəllərinə aid xəritələrdə yarımada ada kimi göstərilir. Yarımada ilə Kotelnı adası arasın Buqne Torpağı yerləşir.

Faddeyevski yarımadası
Ümumi məlumatlar
Sahəsi 5300 km²
Ən yüksək nöqtəsi 65 m
Yerləşməsi
75°27′00″ şm. e. 143°51′00″ ş. u.
Akvatoriya Şərqi Sibir dənizi
Ölkə  Rusiya
Faddeyevski yarımadası xəritədə
Faddeyevski yarımadası
Faddeyevski yarımadası

Yarımada burada ilk dəfə qışlamış Faddeyevin şərəfinə adlandırılmışdır.

Yarımadada MamontTüklü kərgədanın qalıqları aşkarlanmışdır. Yukagirlərin izlərinə rast gəlinir. Ruslar tərəfindən XVII əsrdə şərqə gəlmiş Ospa xəstəliyi səbəbindən yukagirlərin bir qismi Faddeyevski yarımadasına pənah aparmışdır.

Ümumi məlumat

Şimal Buzlu okeanında Novosibir adaları arxipelaqının Anju adaları qrupunda, Kotelnı adalarındadır. 20-ci әsrin xәritәlәrindә ada kimi göstәrilmişdir. Sahəsi 5,3 min km2, hündürlüyü 65 metrәdәkdir. Qumlu-lilli geniş dayazlıqlarla әhatә olunmuşdur; qum, alevrolit vә gillәrdәn ibarәtdir. Termokarst göllәr vә kiçik çaylar var. Bitki örtüyü mamır vә şibyәdәn ibarәtdir. 1805-ci ildә Y.Sannikov kәşf etmiş vә burada ilk qışlamanın әsasını qoymuş sәnayeçi Faddeyevin adı ilә adlandırılmışdır. Şimal tülküsü ovlanır.

Coğrafiyası

Yarımada demək olar ki, dairəvidir. Ancaq şimalında doğru ada uzanır və Bunqe Torpağına birləşir. Yeni Sibir adasından Blaqoveşenski boğazı ilə ayrılır. Boğazın eni 30 verstdir.

Flora

Florası olduqca kasıbdır. Əsasan Mamır və alcaqboylu otlar bitkilər bitir. Yarımadada maral, tülkü, dələ, ayı və ağ ayı yayılmışdır. Bu canlıların bir qismi materikə demək olar ki, qayıymır. Quşlardan qütb kəkliyi, qaqar, qara qazlar yaşayır. Yarımada balıqlar baxımından kasıbdır.

Adanın açılış tarixi

Sırovatskinin eşik ağası olan Yakov Sannikov öz ağasının mülkünü genişləndirmək məqsədi ilə 1805-ci ildə Kotelnı adasından şərqə istiqamətlənir. Burada Faddeyevski adasını kəşf edir.

  • 1809-ci ildə Matvey Matveyeviç Qedenştr yer ölçən Kojin və Yakov Sannikov ilə birlikdə adaya gəlirlər. Kojinə adanı tətqiq etməyi, Sannikova Faddeyevski ilə Kotelnı arasında yerləşən boğazı ölçməyə göstəriş verir. Özü isə Yeni Sibir adasına istiqamətlənir. Kojin adanın şərq, qərb və cənub hissələrini tətqiq edir. Sannikov isə bütün hissələrdə boğazın enini ölçür (7 - 30 verst).
  • 1811-ci ildə Yakov Sannikov yenidən Faddeyevski adasına gəlir. O, boğaz olaraq bilinən Qedenşr körfəzinə tökülən çayları tətqiq edir.
  • 1822-ci ildə kapitan Pyotr Fyodroviç Anju adanın qərb və şimal-şərq sahillərini tətqiq etmişdir.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.