FX
FX (1994-1997-ci illərə fX adı ilə) - ABŞ-də kabel televiziyası və peyk televiziya kanalı. Əsasən dram və komediya janrında teleseriallar yayımlasa da, keyfiyyətli filmlər də ekrana gətirilir. FX kanalı ABŞ-də 95 milyondan çox ailə tərəfindən izlənilir.[1] Bundan başqa ABŞ xaricində də müxtəlif adlarla bu kanal öz fəaliyyətini davam etdirir.
FX | |
---|---|
Ölkə | ABŞ |
Yayım ərazisi | ABŞ |
Dil | İngilis dili |
Baş qərargah | İrvinq, Texas |
Yaranma tarixi | 1 iyun, 1994 |
Sahibi | Fox Entertainment Group |
Keçmiş adları | fX (1994-1997) |
Şüar | Fearless (Qorxusuz) |
Qardaş kanallar |
FX Movie Channel FXX |
Sayt | fxnetworks.com |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
İlkin illər (1994-1997)
İlk dəfə 1 iyun, 1994-cü ildə fX adı ilə fəaliyyətə başlamışdır. Manhettendə böyük bir mənzildə fəaliyyətə başlayan fX interaktiv televiziya cəryanına ilk qoşulanlardan olmuşdu. Kanal "fx Apartment"-dan gündəlik canlı yayımlanan orijinal proqramlar, Betmen, Möcüzə qadın, Səkkiz kifayətdir, Dayə və Professor, Yaşıl eşşəkarısı kimi 1960,1970 və 1980-ci illərin də seriallarını yayımlayırdı. Kanalın bu müddət ərzində iki şüarı vardı: "TV Made Fresh Daily" (Günü gümrah edən televiziya) və "The World's First Living Television Network" (Dünyanın ilk canlı televiziya şəbəkəsi).[2] Kanalın adı və loqosu onun tarixi kökünu ifadə edir: kiçik f hərfi dostluğu, səmimiliyi (friendliness), X hərfi isə 20-ci Əsr Foks Kinostudiyasının loqosundakı kəsişən prejektorları təmsil edir. Canlı yayımlanan verilişlər sadəcə bir mövzu haqqında olurdu: Personal fX (kolleksiyalar), The Pet Department (Ev heyvanları), Under Scrutiny with Jane Wallace (xəbərlər) və Sound fX (musiqi). Kanalın flaqman şousu Böyük Britaniyada yayımlanan The Big Breakfast verilişinin amerikanlaşdırılmış versiyası olan, Lori Hibberd və Tom Berqeron apardığı qeyri-rəsmi şou-biznes formatlı Breakfast Time idi. Personal fX və Breakfast Time verilişinin ABŞ-nin müxtəlif maraqlı yerlərini gəzərək canlı yayıma qoşulan "gəzən repartyorları" - Suzanna Xuanq, Con Börk və Fil Koqn vardı. Bundan başqa Sound fx verilişində çalışan Kerin Brayant və Orlando Cons tanınmış şəxslərdi.
Kanal öz izləyiciləri ilə əlaqələrindən fəxr edirdi. E-mail və internetin əlaqə vasitəsi kimi ilk istifadə etməyə başlayanlardandı. Bir çox şou e-mailə dərhal cavab verirdi və Backchat (aparıcısı Jeff Probst) verilişi isə tamamilə e-mail və məktub vasitəsi ilə əlaqə qururdu. Seçilmiş izləyicilər "mənzildə" bir gün vaxt keçirməyə və istədikləri şouya qatılmağa haqq qazanırdılar. Sindikatlaşmış verilişlərdə reklam aralarında aparcılar efirə çıxaraq yayımlanan verilişlər haqqında gələn e-mailləri oxuyur və ya bir sonrakı veriliş haqqında xəbər verirdilər.
fX izləyiciləri çox sadiq idi, lakin kanalın büdcəsi satılması üçün çox idi. Kanal 2001-ci ilin sentyabr ayına qədər yayım etdiyi Nyu-York şəhərində fəaliyyət göstərən ən əsas kabel televiziyası operatoru Time Warner Cables-də belə yer almamışdı.[3] Buna əsas səbəb 1990-cı illərin ortalarında ABŞ-nin kabel televiziyası opertarolarının infrastrukuru yenilməsi və buna görə də yeni kanalları öz tərkiblərinə daxil etməmələri idi.
Personal fX şousundan başqa digər canlı yayımlanan şoular vat keçdikcə bağlandı. Breakfast Time verilişi isə 1996-cı ilin ortalarında Fox After Breakfast adı ilə Fox kanalına keçdi. Yeni kanalda bir neçə dəfə format dəyişsə də bir ildən az bir müddətdə bağlandı. Bundan sonra yalnız klassik seriallar yayımlasa da Personal fX 1 may, 1998-ci ilə qədər yayımda qaldı. 1998-ci ilin yayında kanal "mənzili" tərk edərək Foks kanlları ilə birlikdə yayımlanmağa başladı.
Fox kabelə keçir (1997-2001)
1997-ci ilin əvvəlində fX "FX: Fox Gone Cable" (Fox kabelə keçir) şüarı ilə yenidən fəaliyyətə başladı.[4] Bu dəfə əsas hədəf 18-49 yaşlı kişilərdi. Yenidən fəaliyyətə başladığı ilk illərdə Fox kanalının serialları olan Məxfi materillar və Evli və uşaqlı seriallarını, 20-ci Əsr Foks Kinostudiyasının istehsalı olan M*A*S*H və Vampir qatili Baffi seriallarını yayımlamaqla məşhurlaşmışdı. Kanal həmçinin Amerika Beyzbol Liqasının oyunlarını verilişləri siyahısına daxil etmiş, 2001-ci ildə isə NASCAR yarışlarını da yayımlamağa başlamışdı.
1998-ci ilin yayında kanal 3 orijinal serialın premiyerasını etdi: Bobcat's Big Ass Show, Instant Comedy with the Groundlings və Penn & Teller's Sin City Spectacular. Hər üç serial bir il sonra ləğv edildi. Qısa müddət sonra "Fox Gone Cable" şüarından əl çəkən kanal 1999-cu ildə Çimərliyin oğlu və X-Şou yeni proqramlar hazırladı.[5] Kanal həmçinin Elli Makbil, Nyu York Polisi, Prakatika seriallarını sindikatlaşdırmış, həmçinin bir çox kino da yayımlayırdı.
Orijinal proqramların yaranması (2002-2007)
2002-ci ilin əvvəlində kanal əsas gücünü orijinal proqramların hazırlanmasına yönəltdi. Kanal bu il hit sayılan Sipər serialı ilə debut etdi. Sonrakı il isə bu uğura iki plastik cərrah haqqında olan Nip/Tuck serialı və 11 sentyabr terror aktlarından sonra Nyu-York şəhər yanğından mühafizə departamentinin yanğınsöndürənlərindən bəhs edən Məni xilas edin serialı qoşuldu. Hər iki serial tənqidçilər tərəfindən bəyənildi və böyük izləyici kütləsi topladı. Hətta Məni xilas edin serialı birinci mövsümün yayımı bitmədən əlavə mövsümün sifarişini almışdı. Bu çox az serialda baş verir. Hətta beşinci mövsümün premyerası olmadan öncə 18 serialıq altıncı sezonun olacağı elan olunmuşdu.[6]
Digər kanallardan fərqli olaraq FX riskə getməyi seçirdi. Nəticə olaraq kanalın bir çox orijinal serialı rəsmi qurumlar tərəfindən vulqar, erotizm və (ya) zorakılıq reytinqi aldı. Hətta bəzi qurumlar bu serialların reklamını boykot eləməyə çağırdı.[2][7] Lakin serialların güclü süjet xəttinə və personajlara malik olduğu tənqidçilər tərəfindən qəbul olunurdu.
2005-ci ilin iyunun ayında 30 gün serialı FX kanalında debüt etdi. Bu serialın qəhramanları 30 gün müddətəndə narahat vəziyyətdə yaşamalı olurdular. Belə ki, milyonerlər minimum əmək haqqı ilə çalışır, xristian biri müsəlman icmada yaşayır.
2005-ci ilin yayında isə kanal 2 yeni komediya serialı ilə çıxış elədi: Aclar serialı Nyu-York şəhərində yaşayan yemə pozuqluğu xəstəliyi olan dörd dostun hekəyəsindən və Filadelfiyada həmişə günəşlidir serialı isə bar işlədən 4 nəfərin macəralarından bəhs edir.
Proqramlar
Şüarlar
- "fX: The World's First Living Television Network" (1994–1996) - "Dünyanın ilk canlı televiziya şəbəkəsi"
- "fX: TV Made Fresh Daily" (1994–1996) - "Günü gümrah edən televiziya"
- "fX: TV with You in Mind" (1996–1997) - "Sizin düşündyünüz kanal"
- "FX: Fox Gone Cable" (1997–2008) - "Fox kabelə keçir"
- "There Is No Box" (2008–2013)
- "Fearless" (2013–present) - "Qorxusuz"
İstinadlar
- Seidman, Robert. "List of how many homes each cable network is in as of February 2015". TV by the Numbers. Zap2it. February 22, 2015. February 23, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 14, 2015.
- Albiniak, Paige. "PTC aims at FX's The Shield". Broadcasting & Cable. April 9, 2002. January 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2015.
- Huff, Richard. "SPECIAL 'FX' TO HIT NEW YORK CABLE". New York Daily News. August 17, 2001. August 26, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 25, 2014. (#apostrophe_markup)
- Schneider, Michael; Martin, Denise. "The two faces of Fox". Variety. March 28, 2005. July 19, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 5, 2015. (#apostrophe_markup)
- "FX gets a makeover". Broadcasting & Cable. May 7, 2000. August 26, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 25, 2014.
- ""Rescue Me": Has This Season Saved the Show?". TV Guide. June 15, 2009. April 14, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 6, 2015.
- "Issue details". OneMillionMoms.com. February 2, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 28, 2011.