Beynəlxalq Peşəkar Futbolçular Federasiyası

Beynəlxalq Peşəkar Futbolçular Federasiyası və ya qısaca FİFPro (ing. International Federation of Professional Footballers - FIFPro) — peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqı təşkilatı.

Tarixi

1965-ci ildə təsis edilmişdir. Həmin vaxt Parisdə bir araya gələn Fransa, Şotlandiya, İngiltərə, İtaliya və Hollandiyanın futbolçular assosiasiyaları peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqlarının əsasını qoymaqla, bu sahədə həmrəyliyi möhkəmləndirmiş oldular.

Tərkibi

Hazırda FİFPro Avropa, Afrika, Latın Amerikası, Okeaniya və Asiya bölgələrini təmsil edən 43 milli assosiasiyanı birləşdirir.

Tədbirləri

2005-ci ildən etibarən, FİFPro dünyanın rəmzi komandasını seçir və bu futbolçulara mükafatlar verir. 2009-cu ildən etibarən isə FİFPro ali futbol qurumu FİFA ilə birgə dünyanın ən güclü 11 futbolçusundan ibarət rəmzi komandanın heyətinin müəyyənləşdirilməsində iştirak edir.

Mənbə

Xarici keçidlər

  • fifpro.org — Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının rəsmi saytı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.