Fəzlulla Zahidi

Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri.

Fəzlulla Zahidi
fars. فضل‌الله زاهدی
bayraq
Baş nazir
19 avqust 1953 30 aprel 1955
ƏvvəlkiMəhəmməd Müsəddiq
SonrakıHüseyn Əla
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Həmədan, İran
Vəfat tarixi
Vəfat yeri Cenevrə, İsveçrə
Partiya
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi
Atası Əbülhüseyn xan Bəsiridivan
Uşağı Ərdəşir Zahidi
Dini şiəlik
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Fəzlulla Zahidi qızi Homa və oğlu Ərdəşir ilə yanaşı

Həyatı

Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi.

Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı.

Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu. 1951-ci ildə İranın daxili işlər naziri vəzifəsinə irəli çəkildi. 1953-cü ildə baş nazirə qarşı qiyamda iştirak etdi. Məhəmməd Müsəddiq devrildi.

Fəzlulla Zahidi 1953-1955-ci illərdə İranın baş naziri oldu. Sonra İranın Avropada BMT-dəki nümayəndəsi vəzifəsinə göndərildi.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.