Fəzli

Fəzli (15431605) — azərbaycanlı şair.

Fəzli
Doğum tarixi 1543
Vəfat tarixi 1605
Atası Məhəmməd Füzuli
Fəaliyyəti şair
Vikimənbənin loqosu Fəzli Vikimənbədə

Həyatı

XVI əsr Azərbaycan şairi olan Fəzli Məhəmməd Füzulinin oğludur.

Yaradıcılığı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında dahi şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb.

Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər.

Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.[1]

İstinadlar

  1. "Məhəmməd Füzulinin oğlu Fəzlinin şeirləri tapılıb". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.