Fəzləli bəy Sarıcalı-Cavanşir
Fəzləli bəy Sarıcalı-Cavanşir — Səfəvi hakimiyyətinə son qoyan Nadir şah Əfşar Şirvan, Qarabağ, Çuxursəəd və Təbriz bəylərbəyliklərini ləğv etdi və Azərbaycanı paytaxtı Təbriz, başçısı öz qardaşı İbrahim xan olan vahid inzibati bölgüdə birləşdirdi.[1] Nadir şah Cavanşir oymağından da İbrahimxəlil ağanın oğlanları Fəzləli bəyi və Pənahəli bəyi (sonradan Pənahəli xan) öz ordusunda xidmətə almışdı. Göstərdikləri şücaətə görə Nadir şah Fəzləli bəyi əvvəlcə naib, sonra eşikağası təyin etmişdi. Qarabağ ellərinin sürgününə görə Nadir şaha açıq — aşkar etiraz etdiyi üçün Fəzləli bəy öldürüldükdən sonra onun vəzifəsini kiçik qardaşı Pənahəli bəyə tapşırdılar.[2]
Fəzləli bəy Sarıcalı-Cavanşir | |
---|---|
Doğum yeri | |
Vəfat tarixi | 1738 |
İstinadlar
- Ədalət Tahirzadə.s.14.
- Qarabağnamələr. III kitab.s.79.
Həmçinin bax
Ədəbiyyat
- Nazim Axundov, Akif Fərzəliyev. Qarabağnamələr. III kitab (PDF). Bakı: "Şərq-Qərb". 2006. 248 səh.
- Ədalət Tahirzadə. Nadir şah Əfşar. (Tərcümeyi-hal oçerki) (PDF). Bakı: "Çıraq". 2005. 40 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.