Fəzilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq.
Fəzilə Səmədova | |
---|---|
Fəzilə İbrahim qızı Səmədova | |
Doğum tarixi | 29 mart 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 8 yanvar 2020 (90 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | akademik |
Təhsili | Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) |
Mükafatları |
Həyatı
Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.[1].
1956–1960-cı illərdə Azərbaycan Sənaye İnstitutunda "Neftin kimyası və texnologiyası" kafedrasında müxtəlif vəzifələrdə çalışmışdır. 1960-cı ildən Azərbaycan Elmlər Akademiyasında neft-kimya prosesləri institutunda işləmişdir. Əvvəlcə "Yağların kimyası və texnologiyası" laboratoriyasında baş elmi işçi, 1982-ci ildə "Neftlərin tədqiqi və yağların yağların texnologiyası" laborotoriyasının müdiri vəzifəsinə təyin edilmişdir. 1973-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1960-cı və 1981-ci ilə qədər M. Əliyev adına Azərbaycan Dövlət İnstitutunda neft-kimya prosesləri laboratoriyasında "Kimya və yağlar texnologiyası" üzrə böyük elmi işçi kimi işləmişdir.
1982-ci ildən və bu günədək "Neft yağlarının tədqiqatı və texnologiyası" laboratoriyasında rəhbərlik edir.
1987-ci ildə professor olmuşdur.
Fəzilə Səmədova görkəmli alim olmaqla yanaşı, bir sıra gözəl şeir və bayatıların müəllifidir. Onun elmi fəaliyyəti ailəsinin yaradıcılığına da təsirsiz olmamışdır. Həyat yoldaşı geologiya-mineralogiya elmlər namizədi, həmçinin texnika elmləri doktoru, professordur. Qızı geologiya-mineralogiya elmləri namizədi, bir nəvəsi isə iqtisadçi magistrdir.
Əsas elmi nailiyyətləri
Fəzilə Səmədova bütün elmi fəaliyyətini Azərbaycan neftinin quruluşu və xassələrinin öyrənilməsinə həsr etmişdir.
- Azərbaycanın yeni yataqlarından çıxarılan neftlərin tərkib və xassələrinin öyrənilməsi, onların səmərəli emalı haqqında tövsiyələrin verilməsi, onlardan yüksək keyfiyyətli baza yağlarının alınmasını təmin edən texnologiyaların işlənib hazırlanması və bu tədqiqatların bir hissəsinin istehsalata tətbiq edilməsi;
- Ekoloji zərərsiz baza yağlarının alınması üçün az enerji sərfi ilə başa gələn yeni texnoloji proseslərin yaradılması və patentləşdirilməsi[2] ;
- Azərbaycan neftinin yüksək molekullu heteroatomlu birləşmələrinin, o cümlədən mikroelementlərin öyrənilməsi və bu məqsədlə yeni tədqiq üsullarının yaradılması;
- Azərbaycan neftlərinin fiziki-kimyəvi xassələrini əks etdirən məlumat bankının yaradılması və s.
Fəzilə Səmədovanın gərgin və səmərəli elmi fəaliyyətinin nəticisi kimi qiymətləndirilir.
Neftlərin tədqiqi və sürtkü yağlarının texnologiyası sahəsində apardığı tədqiqatların nəticələri 260 elmi məqəalədə, 20 monoqrafiyada, 53 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Elmin inkişafında və elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə 1991-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2001-ci ildən AMEA-nın üzvü seçilmişdir.
22 kitabın, 70 ixtira və patentin müəllifidir. 450 nəşrin, 16 namizədin və 4 elmlər namizədi hazırlamasına rəhbərlik etmişdir. Dəfələrlə həm Azərbaycanda, həm də ölkə xaricində elmi şuraların və ixtisaslaşdırılmış elmi komitələrin üzvü seçilmişdir.
1964-cü ildən başlayaraq mütəmadi olaraq, Almaniya, İraq (bu ölkədə 3 ay məsləhətçi kimi fəaliyyət göstərmişdir), Türkiyə, Çin, Pakistan, Fransa, Böyük Britaniya, Macarıstan, İtaliya, Çexoslovakiya, Belçika, Avstriya və Rusiyanın bir çox şəhərlərində beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmişdir.
Əsas elmi əsərlərin adları
- Ф.И.Самедова "Смазочные масла из бакинских парафинистых нефтей" — Баку-Элм-1987, 255 с.
- Ф.И.Самедова, М.Ф.Мир-Бабаев "Высокомолекулярные гетероатомные соединения нефтей Азербайджана" — Баку — Нефис — 1992, 137 с.
- F. İ. Səmədova "Neft yağlarının istehsalı proseslərinin nəzəri əsasları" — Bakı — Elm — 1992, 180 səh.
- Ф.И.Самедова "Технология получения белых масел из aзербайджанских нефтей" — Баку — Элм — 1996, 123 с.
- Ф.И.Самедова, Р.З.Гасанова "Нетрадиционные способы получения нефтяных масел" — Баку — Элм — 1999, 99 с.
- Ф.И.Самедова "Азербайджанские нефти и их компонентный состав" — Баку — Элм — 2002, 247 с.
- Ф.И.Самедова, Б.А.Гусейнова "Азербайджанские нефти новых месторождений и их гетероатомные соединения". Баку: Элм, 2009. 323 с.
- Ф.И.Самедова Смазочные масла из бакинских парафинистых нефтей. Баку, Элм, 1987, 256с.
- Ф.И.Самедова, А.А.Аллахвердиев. Битумы из нефтей Азербайджана. Баку, ИНХП НАНA, 1991, 125с.
- F. İ. Səmədova. Neft yağlarının istehsalı proseslərinin nəzəri əsasları. Bakı, Elm, 1992, 179s. (monoqrafiya-dərslik)
- Ф.И.Самедова, М.Ф.Мир-Бабаев. Высокомолекулярные гетероатомные соединения нефтей Азербайджана. Баку, Нефис, 1992, 137с.
- Ф.И.Самедова. Технология получения белых масел из азербайджанских нефтей. Баку, Элм, 1996, 123с.
- Ф.И.Самедова, Р.З.Гасанова. Нетрадиционные способы получения нефтяных масел. Баку, Элм, 1999, 100с.
- F. İ. Səmədova. Görkəmli alim-geoloq Fuad Səmədov. Bakı, Elm, 2001, 55 s.
- Ф.И.Самедова. Азербайджанские нефти и их компонентный состав. Баку, Элм, 2002, 247с.
- Ф.И.Самедова, А.А.Аллахвердиев. Технология получения битумов. Баку, Элм, 2007, 155с.
- Ф.И.Самедова, К.М.Касумов, Э.М.Абдуллаев. Зарубежные моторные масла (справочный материал). Баку, Элм, 2008, 190с.
- Ф.И.Самедова. Применение гидрогенизационных процессов в производстве масел. Баку, Элм, 2008, 255с.
- Ф.И.Самедова, Б.А.Гусейнова. Азербайджанские нефти новых месторождений и их гетероатомные соединения. Баку, Элм, 2008. – 241с.
- Ф.И.Самедова, А.М.Касумова. Технология получения низкозастывающих масел. Баку, Элм, 2010, 223с.
- Ф.И.Самедова. Нефти Азербайджана. Баку, Элм, 2011, 420с.
- F. İ. Səmədova. Neft yağlarının istehsalı proseslərinin nəzəri əsasları (dərslik). Bakı, Elm, 2011, 181 s.
- V. M. Abbasov, F. İ. Səmədova, Q. M. Qasımov, L. İ. Quliyeva, C. Q. Quliyeva. Neft və neft-kimya məhsullarına Azərbaycan Respublikasının Dövlət standartları. Bakı, Elm, 2012,192 s.
- F. İ. Səmədova, Ə. Ə. Allahverdiyev. "Bitumlar" (alınma texnologiyası, əsas aparatlar, xammal və məhsulların xassələri, tələbatlar) (Azərbaycan dilində). Bakı. Elm. 2012. 203 s.
- Ф.И.Самедова, Ю.А.Абдуллаева, Н.Г.Алекперова, Н.М.Вихляева. Кривые разгонок Азербайджанских нефтей. Баку. – Элм. – 2013. – 128с.
- F. I. Samedova. "Oils in Azerbaijan", Baku-2013, "MM-S" enterprise, 358 p.
- Ф.И.Самедова. Сверхкритические флюиды в процессах очистки нефти и масляных фракций. Баку. – Элм. – 2014, 112 с.
- F. İ. Səmədova. Neftin kimyası (əsasları) Azərbaycan dilində dərslik, 2016, 44 s.
Təltif və mükafatlar
- "Rəşadətli əməyə görə" medal — 1970;
- "Əməkdə fərqlənməyə görə" medal — 1980;
- "Əməkdar elm xadimi" fəxri adı — 1991;
- Akad. Y. H. Məmmədəliyev adına medal — 1996;
- Azərbaycan Respublikasının "Şöhrət ordeni" — 2004;
- Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ƏMT) mükafatı — 2005;
- ARDNŞ-in fəxri fərmanı — 2005;
- "Avropanın fəxri alimi" — 2012 (Alim bu mükafata yeni neft yataqlarına aid neft növlərinin tərkib və xassələrinin tədqiqi, Azərbaycan neftindən ağ yağlar, Bakının parafinli neft növlərindən sürtkü yağlarının alınması texnologiyalarının öyrənilməsi və neft yağlarının alınmasının qeyri-ənənəvi metodlarının işlənib hazırlanması, eləcə də Azərbaycan neftinin fiziki-kimyəvi xassələri barədə məlumat bankının yaradılmasında göstərdiyi xidmətlərə görə layiq görülüb.
- "Aleksandr Humboldt" medalı — 2012
Digər fəaliyyətləri
- SSRİ Neft Kimya Sənayesi Nazirliyinin Dövlət Elm və Texnika Komitəsinin Əlaqələndirici Şurasının üzvü (1991);
- AEA-nın Aşqarlar Kimyası İnstitutunun Dissertasiya Şurasının üzvü (1977–1992);
- NKPİ nəzdində 02.00.13 "Neft kimyası" və 05.17.07 "Yanacaq və qazın kimyəvi texnologiyası ixtisasları üzrə D.01.031 Dissertasiyaların müdafiəsi üzrə Şuranın sədri (1994–1996) və üzvü (1977-ci ildən bu günə kimi);
- NKPİ-nin Elmi Şurasının üzvü;
- "Azərbaycan Neft Təsərrüfatı", "Neft kimyası və neft emalı prosesləri" jurnallarının redaksiya heyətinin üzvü.
İstinadlar
- "Arxivlənmiş surət". 2014-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-02.
- Самедова Ф.И Смазочные масла из бакинских парафинистых нефтей, Баку: Элм, 1987, 255 с.