Fəxrəddin Ərdoğan

Fəxrəddin Ərdoğan və ya Piroğlu Fəxrəddin bəy (187425 may 1958) — Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili, Qars valisi, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti xarici işlər naziri, Qars Milli İslam Şurası Müvəqqəti Heyətinin başçısı.

Fəxrəddin Ərdoğan
Fəxrəddin bəy Mehmet bəy oğlu Ərdoğan
bayraq
Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili
bayraq2
3 avqust 1921 16 aprel 1923
Seçki dairəsiQars
Əvvəlkivəzifə təsis olundu
SonrakıƏhməd Ağaoğlu
Qars valisi
30 oktyabr 1920 ?
Kazım Qarabəkir tərəfindən
27 mart 1919 13 aprel 1919
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
Qars müvəqqəti valisi
11 yanvar 1919 ?
DövlətQars Milli İslam Şurası
Əvvəlkiİbrahim bəy Cahangirzadə
Qars Milli İslam Şurası Müvəqqəti Heyətinin başçısı
14 noyabr 1918 30 noyabr 1918
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
5 noyabr 1918 14 noyabr 1918
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
Şəxsi məlumatlar
Doğum tarixi 1874
Vəfat tarixi 25 may 1958(1958-05-25)
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı

Fəxrəddin bəy 1874-cü ildə Sivasın Divriği qəsəbəsinin Yağıbasan kəndində[1] Sultan xanım və Mehmet bəyin ailəsində doğulmuşdur. Rüşdiyyə təhsili almışdır. Həmçinin xüsusi təhsil də almışdır. 1889-cu ildə Divriğidən İstanbula əmisi Musa Ağanın yanına köçmüşdür. İstanbulda 5 il qaldıqdan sonra əvvəlcə Bolqarıstana, daha sonra Rumıniyaya getmişdir.

İstanbula dönməsinin təhlükəli olacağını nəzərə alaraq 1 iyun 1894-cü ildə Batuma, oradan da Sarıqamışdakı Asbuğa kəndindəki əmisi oğlu İsmayıl Ağanın evinə getmişdir.1897-ci ildə Qarsa əmisinin yanına köçmüşdür.[2]

Bir müddət sonra sürgünlərdən qaçmaq üçün Osmanlı dövlətinin Kars konsulluğundan gizlicə pasport alaraq Sivasa dönmüşdür.

Lakin bir müddət sonra Asbuğada evi basılaraq həbs olunmuş, əvvəl Sarıqamışa, sonra Qarsa götürülmüş, 18 gün sonra isə Tiflisə köçürülmüşdür. Orada türk hərbi xəfiyyəsi adı ilə həbsdə saxlanılan Fəxrəddin bəy 20 gün sonra Bakıya köçürülmüşdür. Buradan isə sırası ilə Rostov, Xorkov, Tula həbsxanalarında 15–20 gün qalan Fəxrəddin bəy nəhayət Orenburg həbsxanasına göndərilir. Orenburgda həbs sənədləri tapılmadığı üçün sərbəst buraxılır.

Orenburgda 27 fevral (11 mart) 1917 tarixində Əzurum cəbhəsi kimsəziləri üçün təşkil olunun ədəbiyyat gecəsində sənədləri tapıldı iddiası ilə həbs olunsa da, otel sahibi ona kəfil olur. Elə səhəri gün bolşeviklər hökuməti ələ keçirir. Bu hadisə zamanı bəzi sənədlər yanır, iddiaya görə yanan sənədlərin arasında Fəxrəddin bəyin də sənədi var idi. Daha sonra Orta Asiya üzərindən keçərək Qarsa gələn Fəxrəddin bəy, 1919-cu ildə yenidən Türkiyəyə qayıdır. 1921-ci ildə TBMM üzvlüyü səbəbi ilə Ankaraya köçsə də, 1923-cü ildə Qarsa geri dönür. 1937-ci ildə şiddətli pnevmoniyaya yoluxduğu üçün yenidən Ankaraya köçən Fəxrəddin bəy 25 may 1958-ci ildə vəfat edir.[2]

Ailəsi

Evli olmuşdur, 1 uşağı var.[3]

Pirizadələr nəslinə mənsub olduğu üçün "Piroğlu" ləqəbini götürmüşdür.

Siyasi fəaliyyəti

Fəxrəddin bəy İttihadi İslam Cəmiyyətinin Qars şöbəsinin üzvü və sədri olmuşdur. Daha sonra cəmiyyət İttihadi-Türk adlanmışdır.[2]

1906-cı ildə Fəxrəddin bəy dostlarıyla birgə Difai Partiyasının Qars şöbəsini də yaratmışdır. Həmçinin eyni vaxtda Nəşri-Maarifin Qarsdakı fəaliyyətlərinə dəstək olmuşdur.

14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olundu.[2]

Mütasarrıf Hilmi Uran bəy 9 yanvar 1918-ci ildə Qarsı tərk etmiş, Milli Şura tərəfindən İbrahim bəy Cahangirzadə Qars valisi təyin olunmuşdur. 11 yanvar tarixində xəstələndiyi üçün onun yerinə müvəqqəti olaraq bu vəzifəni Fəxrəddin bəy Piroğlu icra etmişdir.[2]

27 mart 1919-cu ildə Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Parlamenti tərəfindən təsdiqlənən Nazirlər Şurasında xarici işlər naziri vəzifəsinə təyin olunmuşdur. 13 aprel tarixində cümhuriyyətin dağılmasıyla Türkiyədə fəaliyyət göstərmişdir.

Fəxrəddin bəy Ərzurum konqresinin nümayəndəsi olmuş, lakin konqresə İstanbul hökuməti tərəfindən haqqında həbs qərarı çıxdığı üçün qatılmamışdır. O bununla bağlı Mustafa Kamalla görüşmüş və məsləhətləşmişdir.

Qarsın Kazım Qarabəkir tərəfindən azad olunmasından sonra, 30 oktyabr 1920-ci ildə Fəxrəddin bəy buraya vali təyin olunur.[2] Fəxrəddin bəy 1921-ci ildə Türkiyə Böyük Millət Məclisinin I çağırışına Qarsdan millət vəkili seçilmək üçün seçkilərə qatılmış, 21 namizəd arasından 86 səs alaraq 3-cü olmuş və Qarsın 3 millət vəkilindən biri seçilmişdir. 3 avqust 1921-ci il tarixli TBMM iclasında ilk dəfə iştirak edən Fəxrəddin bəy şikayət, torpaq kadastrı, səhiyyə komissiyalarının üzvü olmuşdur. 11 avqust 1921 tarixində 5 maddəlik bölgədəki vergilərin sadəcə 1921-ci il üçün rus idarəsindəki qədər alınması ilə bağlı təklifi 163 millətvəkilindən 161-nin lehinə səsiylə qəbul olunmuşdur. 16 aprel 1923-cü ildən I çağırış TBMM fəaliyyətinə son vermiş, Fəxrəddin bəy isə Qarsa köçmüşdür. Orada Fəxrəddin bəy Cümhuriyyət Xalq Partiyası Qars İl Təşkilatında, Xalq Evi Uşaq Əsirgəmə Qurumunda və Hava Qurumunda aktiv faəliyyət göstərmişdir.[2]

İstiqlal savaşı dönəmindən bəhs edən "Türk Ellərində Xatirələrim" adlı xatirə kitabı var.[4]

Mənbə

Ədəbiyyat

  • Fəxrəddin Ərdoğan. Türk ellərində xatiratlarım. Ankara. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi. 1998. ISBN 975-17-2029-X.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
  2. "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
  3. "TBMM Albümü". tbmm.gov.tr. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  4. "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.