Fəxrəddin Teyyub
Fəxrəddin Teyyub (23 aprel 1950, Şıxakəran, Lənkəran rayonu) — tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010).
Fəxrəddin Teyyub | |
---|---|
Doğum adı | Fəxrəddin |
Təxəllüsü | Teyyub |
Doğum tarixi | |
Doğum yeri | Şıxakəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili |
Həyatı
Fəxrəddin Teyyub 23 aprel 1950-ci ildə Lənkəranın Şıxakəran kəndində anadan olub.
1968-ci ildə həmin kəndin səkkizillik məktəbinə gedib, 10 illiyi isə qonşu Xolmili kənd orta məktəbində bitirib.
1974-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı (İndiki İqtisad universiteti) İnstitiutuna qiyabi daxil olub, 1980-ci ildə həmin ali məktəbi bitirir.
1969-71-ci illər arasında Gürcüstanda hərbi xidmətdə olur.
1994-99-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını qiyabı olaraq bitirir.
Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Polis polkovniki rütbəsinə qədər yüksəlib.
2005–ci ilin aprel ayından təqaüddədir.
Yaradıcılığı
Orta məktəb illərindən bədii yaradıcılığıa başlayıb. İlk şeiri 1972–ci ildə Lənkəranın “Leninçi” qəzetində dərc olunub.
Fəxrəddin Teyyub dövrü mətbuatda; “Azərbaycan”, “Ulduz”, “Litereturnıy Azerbaydjan” junallarında, “Ədəbiyyat qəzeti”ndə və digər mətbu orqanlarda, xarici ölkələrin ədəbiyyat dərgiləri və almanaxlarında dərc olunur.
Kitabları
- “Həsrətin ünvanı”. 2010-cu il
- “Kölgəm mənim yol yoldaşım”. 2015–ci il
- "Mən səninlə barışmaram".2018 -ci il
- ""Ruhların sevindiyi gün" 2022-ci il