Fəxrəddin Qəhrəmanlı

Fəxrəddin Qəhrəmanlı — Azərbaycan rəssamı, "Azərbaycan Dövlət Rəssamlar İttifaqı"nın üzvü.

Fəxrəddin Qəhrəmanlı
Fəaliyyəti rəssam
Mükafatları "Tərəqqi" medalı

Həyatı

Qəhrəmanlı Fəxrəddin Rəhim oğlu 1957-ci il aprelin 8 –də Naxçıvan şəhərində hərbçi ailəsində anadan olub.1986-cı ildə Respublika sərgisində iştirak edib. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.1988-ci ildə İncəsənət İnstitutunun 70-illiyinə həsr olunmuş III Respublika sərgisində iştirak edib.

1988-ci ildə Belarusiya Beynəlxalq sərgisində, Bakıda və Naxçıvanda bir çox sərgilərdə iştirak edib.1995-ci il 26 may Azərbaycan Demokratik Cumhuriyyətinin 77-ci ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində sərgisi keçirilib.1995-ci ildə Türkiyənin Kars vilayətində fərdi sərgisi keçirilib.1996-cı ildə Naxçıvan Muxtar Respublikasında Naxçıvanın baş konsulluğunda 50 əsər ilə fərdi sərgisi keçirilib.1988-ci ildən 1996-cı ilə qədər Naxçıvanın Rəssamlar Ittifaqının bütün tədbirlərində iştirak edib.1996-cı ildən 2007-ci ilə qədər Türkiyənin Antalya şəhərində rəssamlıq fəaliyyətini davam etdirib. Bir sıra ölkələrdə və şəxsi kolleksiyalarda əsərləri saxlanılmaqdadır.

Fransa, Almaniya, İtaliya, Belçika, Hollandiya, Rusiya, Belarusiya, Ukrayna və Azərbaycanda bir çox sərgilərdə iştirak edib.2005-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.2015-ci ildə 19 fevralda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 34 əsərlə fərdi sərgisi keçirildi.19 dekabr 2015-ci il tarixində Azərbaycan Mədəniyyət Fondu və SEBA (Suel-Bakı) Azərbaycan-Korea Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkil etdiyi "Qəbələ IV Beynəlxalq İncəsənət sərgi"sində və Mərkəzi və Xətai İncəsənət Mərkəzində təşkil olunan suluboya sərgilərinin iştirakçısı olmuş və mükafata layiq görülmüşdü.11 may 2016-cı il tarixində Rəssamlar İttifaqında yağlı boya və sulu boya ilə işlənmiş 60 əsərlə "Bahar" adlı fərdi sərgisi keçirilmişdir. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin "Təsviri sənət" kafedrasında baş müəllim vəzifəsində çalışır və tələbələrə Rəsm və Rəngkarlıq fənlərini tədris edir.13 iyun 2016-cı il tarixində Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rəssamlıq" fakültəsinin "Rəngli duyğular" adlı müəllim və professor heyətinin yaradıcılıq sərgisində iştirak etmişdir.

Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin "Təsviri sənət" kafedrasında baş müəllim vəzifəsində çalışır və tələbələrə Rəsm və Rəngkarlıq fənlərini tədris edir.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.