Fəxrəddin Mustovfi

Fəxrəddin Mustovfiİran dövlət xadimi. O, Qəzvinin Mustovfi soyundan olmuş və Elxanlı hakimiyyətinin erkən illərində yaşamışdır. Mustovfi tarixçi və coğrafiyaşünas Həmdullah Qəzvininin yaşca böyük əmisi oğlu idi.[1]

Fəxrəddin Mustovfi
bayraq
Elxanlı sahibi-i divanı
1284 1286
ƏvvəlkiŞəmsəddin Cüveyni
SonrakıCəlaləddin Simnani
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 1290
Fəaliyyəti dövlət xadimi, vəzir

Həyatı

Həmdullah Qəzvininin yazdığına görə, Fəxrəddin Mustovfinin Elxanlı hakimiyyəti dövründə uğurlu karyerası olmuşdur. O, əvvəlcə Anadolu padşahlığı dövründə Keyxatu xanın sahibi-i divanı (maliyyə naziri, vəziri), daha sonra Arqun xanın (1284–1291-ci illərdə hakimiyyətdə olmuşdur) dövründə bürokrat kimi xidmət etmişdir.[1] O, Arqunun ətrafındakı müşavirlər dairəsinin tərkibində Elxanlı sahibi-i divanı Şəmsəddin Cüveyninin süqutunda rol oynamışdır. O, Arqunu Şəmsəddini atası Abaqa xanın (1265–1282-ci illərdə hakimiyyətdə olmuşdur) zəhərləmək ittihamı ilə mühakimə etməyə inandırmışdır.[2] 16 oktyabr 1284-cü ildə Şəmsəddin edam edilmiş və Fəxrəddinin sahibi-i divan vəzifəsi bərpa edilmişdir.[3]

Buna baxmayaraq, 1286-cı ildə onu Cəlaləddin Simnani əvəz etmiş və o, Anadolu padşahlığına göndərilmişdir.[3] Həmin il Fəkrəddin nifrət dolu böhtanlarla Şəmsəddinin oğlu Şərəfəddin Harun Cüveyninin edamına təhrik etmişdir.[4] Fəxrəddin Mustovfi özü 1290-cı ildə edam edilmişdir. Bunun təhrikçisi, buna böhtanlarla nail olan yeni sahib-i divan Sədəddövlə idi. Bu, Mustovfi ailəsinin düşmənçiliyinə səbəb olmuşdur.[5][6]

Mənbə

İstinadlar

  1. Lane, 2014. səh. 191
  2. Lane, 2003. səh. 206–208
  3. Jackson, 2017. səh. 275
  4. Lane, 2003. səh. 202
  5. Lane, 2014. səh. 191, 204
  6. Jackson, 2017. səh. 295

Ədəbiyyat

  • Komaroff, Linda. Beyond the Legacy of Genghis Khan. Brill. 2012. 1–678. ISBN 9789004243408.
  • Jackson, Peter. The Mongols and the Islamic World: From Conquest to Conversion. Yale University Press. 2017. 1–448. ISBN 9780300227284. JSTOR j.ctt1n2tvq0.
  • Lane, George. Hillenbrand, Carole (redaktor ). "Early Mongol rule in Thirteenth-century Iran". Studies in the History of Iran and Turkey. Routledge. 2003: 1–330.
  • Lane, George. Persian Notables and the Families Who Underpinned the Ilkhanate // Amitai, Reuven; Biran, Michal (redaktorlar ). Nomads as Agents of Cultural Change: The Mongols and Their Eurasian Predecessors. University of Hawai'i Press. 2014. 182–213.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.