Fəxrəddin Məmmədov (riyaziyyatçı)

Fəxrəddin Məmmədov (8 sentyabr 1950 - 15 oktyabr 2021) — Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent.[1]

Fəxrəddin Məmmədov
Fəxrəddin Həsən oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (71 yaşında)
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Atası Həsən Məmmədov
Elm sahəsi Riyaziyyat
Elmi dərəcəsi texniki elmlər üzrə fəlsəfə doktoru
Elmi adı Prorektor
İş yeri Gəncə Dövlət Universiteti
Təhsili Bakı Dövlət Universiteti

Həyatı

Fəxrəddin Məmmədov 1950-ci ildə anadan olub.

Təhsili

1967–1973-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasında təhsil almışdır.

Fəaliyyəti

1973-cü ildən Azərbaycan EA-nın Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1977-ci ildən Zaq. DMSS-də hesablama mərkəzində riyaziyyatçı mühəndis, 1980-ci ildən AKTA-nın (ADAU) hesablama mərkəzində riyaziyyatçı-proqramlaşdırıcı işləyib.

1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi almışdır.

1990-cı ildən isə AKTA-nın Ali riyaziyyat kafedrasında asistent, 2001-ci ildən dosent vəzifəsində çalışıb.

2002-ci ildən Gəncə Dövlət Universitetinin İnformatika kafedrasında dosent işləyib. 2007-ci ildən Riyaziyyat-informatika fakültəsində tədris işləri üzrə dekan müavini, 2011-ci ildən dekan işləyib.

8 aprel 2014-cü ildən Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olunmuşdur.[2]

"Fərdi EHM və riyazi modellərin mühəndis məsələlərin həllinə tətbiqi", "Adi diferensial tənliklər və mühəndis məsələlərinin riyazi modelləri", "Kompüter riyaziyyatı" adlı dərs vəsaiti, 40 metodiki göstəriş və məqalənin müəllifidir.

Həmçinin bax

İstinadlar

  1. "Fəxrəddin Məmmədov" (azərb. ). gdu.edu.az. 2021-12-24 tarixində arxivləşdirilib.
  2. "Gəncə Dövlət Universitetində mediatur təşkil olunub". muallim.edu.az. 2023-07-21 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.