Fəxrəddin Məmmədov (mühəndis)

Fəxrəddin Sadıq oğlu Məmmədovprofessor[1], Yaxın Doğu Universitetinin prorektoru[2], Şimali Kipr Türk Respublikasında Azərbaycan diasporunun rəhbəri və Azərbaycan-Quzey Kıbrıs Mədəniyyət Mərkəzinin sədri[3].

Fəxrəddin Məmmədov
Fəxrəddin Sadıq oğlu Məmmədov
Elmi adı professor
İş yeri Yaxın Doğu Universiteti
Alma-mater Azərbaycan Neft və Kimya İnstitutu
Təhsili Azərbaycan Dövlət Neft Akademiyası

Həyatı

Fəxrəddin Məmmədov 1970-ci ildə[3] Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyası) bitirmişdir. Həmin institutda aspiranturada oxumuş, orada da dosent vəzifəsinə qədər yüksələrək çalışmışdır[4].

Dosent olduqdan sonra 1987-ci ildə Kiyev Dövlət Universitetində intensiv 10 aylıq fransız dili kursu keçmiş, dili daha da təkmilləşdirmək üçün 3 ay Fransanın Paul Valerie Universitetində oxumuşdur[4].

1988-ci ildə Sovet mütəxəssislərinin tərkibində Əlcəzairə getmiş, ƏlcəzairMərakeşdə 1994-cü ilə qədər müxtəlif universitetlərdə çalışmışdır[3]. O, müəllimliklə yanaşı 5 il Sovet Missiyasının sədri vəzifəsində də çalışmışdır[4].

1995-ci ildən Şimali Kipr Türk Respublikasında İngilis dilində təhsil verən Yaxın Doğu Universitetində çalışmağa başlamışdır. 19952000-ci illərdə universitetdə elektronik və xəbərləşmə kafedrasının müdiri kimi çalışmışdır[3]. Professor bundan sonra 2000-ci ildən 2013-cü ilə qədər mühəndislik fakültəsinin dekanı[5] olmuş, eyni zamanda 2001-ci ildən hal-hazıra qədər universitetin akademik işlər üzrə prorektorudur[4].

İstinadlar

  1. "Kiprdə Nizami Gəncəvi barədə konfrans keçirilib". "Yeni Müsavat" qəzeti (az.). musavat.com. 30 Noyabr 2013 - 20:24. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.
  2. "Türkiyənin Yaxın Doğu Universitetinin rektoru Suat İrfan Günselə Bakı Avrasiya Universitetinin Fəxri doktoru adı verilib". Bakı Avrasiya Universiteti (az.). baau.edu.az. 26.11.2013. 2016-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.
  3. P.Sultanova. ""Kıbrıslılar Azərbaycana ən yaxın türk xalqlarındandır"". 525-ci qəzet (az.). anl.az. 2010. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.
  4. Elmin Nuri. "Xaricdə çalışan azərbaycanlı prorektor: "Dünya reytinqində Azərbaycan universitetlərinin ən yaxşısı 5836-cı yerdədir" - MÜSAHİBƏ". MODERN.AZ (az.). modern.az. 10.09.2014, 11:49. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.
  5. Toğrul Salehli. "Yakın Doğu – azərbaycanlılara yaxın universitet". MODERN.AZ (az.). modern.az. 10.01.2012, 10:05. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.

Ədəbiyyat

  • P.Sultanova, "Kıbrıslılar Azərbaycana ən yaxın türk xalqlarındandır" (Fəxrəddin Məmmədovla müsahibə), 525-ci qəzet. - 2010. - 20 noyabr. - Səh.9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.