Fəxrəddin (tarixçi)
Fəxrəddin — XIII əsr müsəlman tarixçisi. O, 1258-ci ildə Abbasilər xilafətinin dağıdılmasına qədərki yeganə xəlifə tarixi haqqında əsər olan "Sülalələrin xronoloji tarixi"nin müəllifi olmuşdur. Bu, Fransa Milli Kitabxanasında əlyazma şəklində saxlanılır. Antuan İsaak Silvestr de Sasi ərəbdilli müntəxabatında əsərdən sitat gətimişdir. Georq Freytaq, Ogüst Şarbonno onun mühüm hissələrini tərcümə etmişdir.[1]
Fəxrəddin | |
---|---|
Doğum tarixi | XIII əsr |
Vəfat tarixi | XIII əsr |
Elm sahəsi | tarix |
İstinadlar
- "Dictionnaire universel d'histoire et de géographie Bouillet Chassang". 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.