Fəxrəddin Əskərov

Əskərov Fəxrəddin
Əskərov Fəxrəddin Bəhmən oğlu
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi Biologiya
Elmi dərəcəsi biologia elmləri doktoru
İş yeri AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutu
Təhsili Azərbaycan Kənd Təsərrüfat İnsititutu
ameankpi.org/NKPI/instit…

Ümumi məlumatlar

Əskərov Fəxrəddin Bəhmən oğlu, 30 iyun 1937-ci ildə Gəncə Şəhərində anadan olub. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfat İnsititutunun  baytarlıq  fakültəsini bitirib və “Baytar  həkimi” ixtisasını almışdır.

1959-1961-ci illərdə Göyçay rayonunun “Bolqarıstan” kolxozunda Qızıl-Ağac baytarlıq məntəqəsində baytar həkimi işləyib. 1961-1962-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda əvvəl baş laborant, sonra isə kiçik elmi işçi işləyib. Respublikada iri buynuzlu heyvanlar arasında paratüberkulez xəstəliyinin olmasını sübut etmiş və bu bakteriyanın kulturasını almışdır.1962-1965-ci illərdə Azərbaycan EA-nın əyani aspirantı olmuşdur.  Aspsiranturanı qurtardıqdan sonra əvvəlcə kiçik elmi işçi, sonra 1969-cu ildə müsabiqə əsasında baş elmi işçi vəzifəsinə keçmiş,

1962-1965-ci illərdə Azərbaycan Elmlər  Akademiyasının    “Fiziologiya”  ixtisası üzrə əyani aspirantı olub. 1966-cı ildə Elmlər  Akademiyasının  birləşmiş elmi  şurasında «Показатели белкового обмена у овец при применении некоторых физиологических активных веществ” adlı  dissertasiya  müdafiə edərək, biologiya  elməri namizədi adını  almışdı. 

1974-cü ildən bu gunə  kimi  “Funksional sitokimya” laboratoriyasının (2016-cı ildən “Hüceyrənin morfofunksional plastikliyi”) rəhbəridir.

1971-1973 cü illərdə (akademik Həsənovun təşəbüsü ilə)   SSRİ Elmlər Akademiyasının və Tibb Elmləri Akademiyasının 6  elmi  tədqiqat İnstitutuna ezam olundum  və  müassir morfositokimyəvi metodları mənimsəmişdir.

1991-ci ildə Ukrayna  Elmlər  akademiyasının A.A.Boqomolets adına Fiziologiya İnstitutunda “Qida və su motivasiyası zamanı hippotlamus nüvələrində adaptiv kompensator  reaksiyaların morfokimyəvi dəyişikliklərinin  qanunauyğunluqları” mövzusunda , “İnsan vı heyvan fiziologiyası” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmiş və biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Nəzəri cəhətdən ilk dəfə olaraq,  Mərkəzi sinir  sistemində adaptiv kompensator  proseslərin iki mərhələdə  getməsi haqqında  elmi konsepsiya irəli sürmüşəm.

  Uzun illər professor F.B.Əsgərovun rəhbərlik etdiyi laboratoriyada  MSS-də hüceyrə və subhüceyrə səviyyəsində aparılmış və tədqiqitlarin nəticəri göstərmişdir ki, MSS-də təkamüldə  “adaptasiyanın struktur izi” adlı neyrohumoral proqram yazılır. Ekstremal şəraitdə orqanizm təkamüldə yaranmış yaddaş izlərindən  istifadə edir.  Yani, adaptasiyanın  struktur izləri  dəyişilmiş mühitdə  yaşamaq uğrunda “özünüqoruma” mexanizmini işə salır. Hər iki mexanizm oraznizmin  filogenetik  inkişafı nəticəsində  formallaşmışdır.

Bundan sonra laboratoriyada 1991-2000-ci illərdə “Qida motivasiyası zamanı bioenergetik və plastik proseslərin xüsusiyyətləri” mövzüsu ətrafında işlər aparılımışdır. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, tədqiq olunan  beyin törəmələrinin neyronlarında  enerji və plastik maddələrə olan tələbat   fərqlidir.  2000-2005-ci illərin tədqiqatları göstərdi ki qidada zülal  çatışmamazliğı beyinin  möhkəmləndirici  sistemində refleks  qövsünün yaranması prosesini  pozur. Onuda nəzərə  almaq  lazımdır ki, motivasiyon, emosional və şərti  reflektor reaksiyaların  struktur  əsasını təşkil edən qabıq  neyronların (3-4 qat) səviyyəsində yaranan  müvəqqəti  əlaqələrin əsasında  neyronların reaktivliyi mediatorla ,  plastikliyi isə suda hıll olan  zülallarla tınzimlənir. 2005-2010-cu illərin tədqiqtları qöstərdi ki,  yağda həll olan  vitaminlərsiz qida almış heyvanlarda  müsbət emosional vəziyyət yaranır. Yuva instinkti və qorxu hissi zəifləyir. Şərti reflektor fəaliyyət  güclənir.

2005-2010-cu illərdə professor F.B.Əsgərovun rəhbəlik etdiyi laboratoriyada aparılan tədqiqtlar qöstərdi ki,  suda həll olunan  vitaminlərsiz qida almış heyvanlarda  mənfi emosional vəziyyət yaranır, yuva instinkti, qorxu hissi  guclənir, şərti  reflektor  fəaliyyətin müddəti  qısalır.

2016-2020-ci illərdə laboratoriya “Qidanın zülal tərkibinin dəyişməsi fonunda morfofunksional plastikliyi”mövzüsunda tədqiqatlar aparılacaqdır.

Professor F.B.Əsgərov elmi  fəaliyyəti dövründə yerli və xarici mətbuatda 336 elmi iş dərc etmişdir, onlardan 3-ü monoqrafiya şəklində dərc olunmuşdur.  Əsgərov F.B. xarici ölkələrdə (İran, Türkiyyə, Rusiya, Latviya, Estoniya)  28 konfrans, simpozium, konqresdə məruzə ilə çıxış etmişdir. Onun rəhbərliyi ilə “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə 15 nəfər biologiya üzrə fəlsəfə doktoru, 3 nəfər biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.

Əskərov F.B. eyni zamanda Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzində 1994-cü ildən 2006-cı ilə kimi “Morfologiya və elektromikroskopiya” şöbəsinin müdiri kimi tibb sahəsində 50-dən çox alimin tədqiqat işlərinin aparılmasında yaxından iştirak etmişdir.

Təltif və mükafatlar

  •  1970 – “Şərəfə görə” medalı;
  • 1984 – SSRİ elmlər Akademiyasının Rəyasət Heyətinin Fəxri fərmanı

İstinadlar

    http://www.science.az/forms/doktora-nauk-instituta-fiziologii/1340

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.