Fətullaqışlaq

FətullaqışlaqAzərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.

Fətullaqışlaq
39°03′ şm. e. 48°28′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 396 (2009) nəfər
Fətullaqışlaq xəritədə
Fətullaqışlaq
Fətullaqışlaq

Toponimikası

Cəlilabad rayonunun Ağdaş inzibati ərazi vahidində kənd. 1917-ci ildə Fətullalı qışlağı adı ilə qeydə alınmışdır. Fətullalı XIX əsrdə talış zonasında yaşamış canşalı (cahanşahlı) tayfasının tirələrindən biri olmuş, kəndin ərazisi də həmin tirəyə mənsub qışlaq yeri imiş. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kənd köhnə adını saxlamışdır.[1]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 396 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.