Fətəli xan Dağıstani
Fətəli xan Dağıstani (1694, Dağıstan vilayəti (Səfəvilər) – 1722, Şiraz) — Dağıstanın köklü qumuq ailələrindən olan Şamxal ailəsinə mənsub əsilzadə. Səfəvi şahı Hüseynin dövründə (1694–1722) 1716-cı ildən 1720-ci ilə qədər Səfəvi imperiyasının baş vəziri olmuşdur.
Fətəli xan Dağıstani | |
---|---|
fars. فتحعلی خان داغستانی | |
Vəzifədədir | |
1716-cı ildən | |
Əvvəlki | Şahqulu xan Zəngənə |
Sonrakı | Məhəmmədqulu xan Şamlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1694 |
Doğum yeri | |
Vəfat tarixi | 1722 |
Vəfat yeri |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Səfi xan Ləzgi |
Dini | islam |
Dağıstanın Qumuq nəslindən olan Fətəli xan digər Səfəvi baş vəzirlərindən fərqli olaraq sünni idi, halbuki sünnilər ənənəvi olaraq Səfəvi imperiyasında təzyiqlərlə üzləşirdilər, Fətəli xan baş vəzir vəzifəsinə qədər yüksəlməyi bacarmışdı. Onun şahı olan Hüseynin dövlət işlərinə o qədər də marağı olmadığı üçün demək olar ki, bütün dövlət işlərinin həll edilməsini Fətəli xana tapşırmışdı, lakin dövlət işlərinin hamısının onun öhtəsinə buraxılması onun xeyli sayda düşməninin ortaya çıxması ilə nəticələndi. Bu, onun 1720-ci ildə hiylə ilə vəzifədən endirilməsinə yol açdı. Kor edilən və Şiraza sürgün edilən Fətəli xan elə orada da vəfat etdi. Onun yerinə bu vəzifəyə Məhəmmədqulu xan Şamlı gəldi.
Ailəsi
Fətəli xan qumuq şamxalları nəslindən gəlməkdə idi. Onun babası Aldas (İldas) Mirzə Şamxal və ya digər adı ilə İldırım xan Şamxal, atası isə Səfi xan və ya digər adı ilə Əlqas Mirzə idi.[1][2] Onun ailəsi Səfəvi imperiyasının Dağıstan bölgəsində Terek çayı sahilində bir bölgəni idarə etməkdə idi.[2] Buradakı əhalinin əksəriyyəti kimi bu ailə də sünni idi.[3] lakin o, və onun bütün ailəsi Səfəvi sarayında yaxşı statusa malik idilər.[1] Onun qohumlarının bir çoxu da Səfəvi imperiyasında yüksək vəzifə tutmaqda idilər. Onun qardaşının oğlanları olan Həsənəli xan Dağıstan Şirvan və ya Şamaxı hakimi kimi xidmət etmiş, onun qardaşı Aslan xan Dağıstani Kuhkiluyə və Astrabad hakimi olmuşdu. Fətəli xanın bir digər qardaşı oğlu, eyni zamanda da yeznəsi Lütfəli xan Dağıstanı uzun müddət Fars bəylərbəyliyinin hakimi kimi xidmət etmişdi.[4]
Həyatı
Fətəli xan 1716-cı ildə (dəqiq tarix deyil) baş vəzir təyin edildi. O, bu vəzifədə qayınatası olan və Zəngənə tayfasından çıxmış Şahqulu xan Zəngənəni əvəz etmişdi.[5] Onun baş vəzir olmasının dəqiq tarixi bəlli deyil, amma 1716 və ya 1715-ci illərdə bu vəzifəyə gəldiyi güman edilir. Dəqiq olan odur ki, rus səfiri Volinski 1717-ci ildə Səfəvi imperiyasına səfər edən zaman o, bu vəzifəni icra etməkdə idi.[6]
Fətəli xanın baş vəzir olaraq əsas maraqlandığı məsələlərdən biri də xarici siyasət idi. Holland elçisi olan Xuan Josua Ketelaar may 17170-ci ildə İsfahana gəlmiş və Holland Şərqi Hindistan Şirkətinə 16 il əvvəl verilmiş imtiyazların yenilənməsini istəmişdir, lakin bu təklifi rədd edən Fətəli xan müqavilənin artıq qüvvədə olduğunu demişdir, lakin bir müddət keçəndən sonra hollandlara əvvəlki imtiyazlarının verilməsini nəzərdə tutan 5 fərman verilmiş, həmçinin Səfəvi elçisi Məhəmməd CəfərBataviyada hollandlara təqdim etdiyi yeni ticarət şərtlərini geri çəkmişdir. İmtiyazların təstiqlənməsinə görə, holland elçisi Ketelaar Fətəli xana təşəkkür edib, qiymətli hədiyyələr versə də onun bir istəyini yerinə yetirməmişdir. Fətəli xan hollanddan Oman sultanı II Seyfin əlindən Bəhreyni ala bilməsi üçün gəmilərə ehtiyacı olduğunu bildirmiş və bu məsələdə yardım istəmişdir, lakin Ketelaar onun bu barədə nəsə deməyə səlahiyyətinin olmadığını deməklə cavab vermişdir.[7]
Fətəli bu xan bu uğurda növbəti cəhdini 1720-ci ilin yayında etdi. Bu dəfə Səfəvi ordusunu Məskətə keçirməyi o, Portuqaliyadan istəsə də, bu dəfə də təklifi qəbul edilmədi.[8] 1719-cu ildə Səfəvi imperiyasına gələn, Şirazdakı fransız konsulluğunda işləməyə başlayan yunan macərapərəst Etienne Paderi Səfəvi ordusunu quruya keçirmə məsələsini Fətəli xanla müzakirə etdi. Qəzvində baş tutan bu müzakirələr zamanı Paderinin bu məsələni danışmaq səlahiyyəti rəsmi olaraq yox idi, lakin o, bu məsələ üçün ortaq Səfəvi-Fransız yürüşünün təşkil edilə biləcəyini bildirmişdi. Buradakı keşişlərdən biri olan Tadeuş Krusinkiyə görə, Fətəli xan ümumiyyətlə avropalılara, xüsusən də fransızlara qarşı istiqanlı idi.[9] Paderinin iddia etdiyinə görə, bunun üçün bir digər cəhd Fətəli xanın yaxını Lütfəli xan Dağıstanı tərəfindən həyata keçirilmişdir. Bu dəfə də o, portuqallardan yardım almağa çalışsa da, Fətəli xanın vəzifəsindən salınması bu planın həyata keçirilməsinə əngəl olmuşdur.[10]
Şirvanda baş vermiş üsyana Müşkür mahalı Dədəli kəndinin sakini Ləzgi Hacı Davud başçılıq edirdi. O, silahlı kəndli dəstələrini öz ətrafına toplayaraq, Qazıqumuq hakimi Surxay xanla ittifaqda olaraq 1720-ci ilda Şabran şəhəri və Xudat qalasını tutdu. Bundan sonra üsyançıalr Şamaxını ələ keçirib yağmaladılar. Bununla da durmayan üsyançılar Gürcüstana da hücum edib, hakimiyyət qüvvələrini məğlub etməyi bacardılar. Bütün bunlar Fətəli xanın vəzifədən göndərilməsinə səbəb oldu.
Bu zaman Şah Sultan Hüseyn sepahsalar Hüseynqulu xan (VI Vaxtanq) Kartli valisi təyin etdi və Gürcüstana göndərərək ona üsyançıları məğlub etməyi tapşırdı. Bununla paralel olaraq, Fətəli xanın bəzi düşmənləri sünni olmasına bəhanə gətirərək onu vəzifədən göndərmək planları qururdular, çünki Fətəli xan da sünni idi. Bu planın arxasında duran şəxslər imperiyanın əsas teoloqu Məhəmmədhüseyn Təbrizi[lower-alpha 1] və həkimbaşı olan Rəhim xan idi.[3] Onlar saxta bir məktub hazırlayaraq şaha təqdim etdilər. Bu saxta məktuba görə, guya Fətəli xan kürd tayfa başçısı ilə birlikdə şahı qətlə yetirməyi planlayırmış.[3]
Onlar eyni zamanda şahı xəbərdar etdilər ki, Fətəli xanın qızı üsyançılar üzərinə göndərilmiş Hüseynqulu xanın ögey qardaşı Rüstəm xanla evlidir və Hüseynqulu xanın üsyançılar üzərində qələbə qazanaraq zəfər yürüşü ilə paytaxta daxil olması üsyanın özündən daha təhlükəlidir. Bununla da şahı inandıra bildilər ki, Hüseynqulu xana üsyançılara qarşı kampaniyasını dayandırmağı əmr etsin. Bundan əlavə, şahı Fətəli xanın edam edilməsinə inandırdılar.[3]
8 dekabr 1720-ci ildə, Fətəli xana qarşı qurulmuş planın bir parçası olan qorçubaşı Məhəmmədqulu xana Fətəli xanı edam etmək əmr edildi. Bununla belə, məşhur olduğu sərvətini əldə etmək üçün ona işgəncə verdi. İşğəncə zaman Fətəli xan gözlərini itirdi. Onunla eyni zamanda qohumu Lütfəli xan da ələ keçirildi və həbsə atıldı.[3] İddia edilir ki, Şah Sultan Hüseyn sonralar Fətəli xana yanaşmasına görə peşman olsa da, onu paytaxtda saxlamağın ehtiyatsızlıq olacağını düşünürək Tehranda yaşamasına icazə verdi. Daha sonra o, Şiraza göndərildi və bilinməyən tarixdə həbsdə ikən həyatını itirdi.[3]
Qeydlər
- Məhəmmədhüseyn Təbrizinin onu sevməməsinin əsas səbəbi kimi sünni olması göstərilir.[11]
Həmçinin bax
İstinadlar
- Matthee, 2012. səh. 206
- Floor, 2001. səh. 87-88
- Savory, 1993. səh. 576-577
- Floor, 2008. səh. 283
- Newman, 2008. səh. 107
- Lockhart, 1958. səh. 105
- Lockhart, 1958. səh. 401-403
- Lockhart, 1958. səh. 116
- Krusińsky, 1728. səh. 171
- Savory, 1993. səh. 577
- Lockhart, 1958. səh. 117
Mənbə
- David Blow. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. I.B. Tauris. 2009. 288. ISBN 1845119894.
- Willem Floor. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. ISBN 978-1568591353.
- Willem M. Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. ISBN 978-1933823232.
- T. J. Krusińsky. The History of the Revolutions of Persia. Taken from the Memoirs of Father Krusiński. London. 1728.
- Rudi Matthee. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2012. 371. ISBN 978-1845117450.
- Sussan Babaie. Slaves of the Shah: New Elites of Safavid Iran. London, UK: I. B. Tauris. 2004. ISBN 978-1-8606-4721-5.
- Roger Savory. DĀḠESTĀNĪ, FATḤ ʿALĪ KHAN. iranicaonline.org. 1993.
- Andrew J. Newman. Safavid Iran: Rebirth of a Persian Empire. London, UK: I. B. Tauris. 2006. ISBN 1-86064-667-0.
- Roger M. Savory. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 9780521042512.
- H. R. Roemer. The Safavid Period". In Jackson, Peter; Lockhart, Lawrence (eds.). The Cambridge History of Iran. Vol. 6: The Timurid and Safavid Periods. VI. Cambridge, UK: Cambridge University Press. 1986. ISBN 0-5212-0094-6.
- L. Lockhart. The Fall of the Safavi Dynasty and the Afghan Occupation of Persia. Cambridge: Cambridge University Press. 1958.