Fətəli İsmixanov
Fətəli İsmixanov (??-??) — Azərbaycan maarifçisi, tərcüməçisi.
Fətəli İsmixanov | |
---|---|
Doğum yeri | |
Fəaliyyəti | erməni və gürcü ədəbiyyatından tərcümələr |
Fəaliyyət illəri | 1915-1930 |
1915-1917-ci illərdə "Yeni İqbal" və daha sonra "Açıq Söz" qəzetlərində məqalələri ilə çıxış etmiş[1], erməni hərəkatları haqqında Azərbaycan dilində məlumatlar vermişdir. Kiqarmyants adlı erməni müəllifin "Erməni hərəkatının qısa tarixi" adlı kitabını 1917-ci Azərbaycan dilinə tərcümə edərək "Açıq Söz" qəzetində dərc etmişdir. Bu kitabda ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək üçün düşündükləri planlar, kimlərə, hansı dövlətlərə müraciət etdikləri qeyd olunub.[2]
Represiya qurbanı olduğu güman edilir.
Erməni dilindən tərcümələri[3]
"Qaynana", Adelyan ; tərc. ed. İsmixanov
"Alvan", Araks ; ermənicədən çevirəni. İsmixanov
"Yaşayanlar", Arazi ; çevirəni. F. İsmixanov
"Xaos", A. Şirvanzadə ; tərc. ed. F. İsmixanov
"Qızıl Xoruz: hekayələr", R. M. Akupyan ; tərc. ed. İsmixanov
"Tunel uğrunda": hekayə, H. Melikyan ; ermənicədən çevirəni. F. İsmixanov
"İvan bəy", A. Bakunts ; ermənicədən çevirəni. F. İsmixanov
"İnqilab komitəsinin sədri", S. Zoryan ; tərc. ed. F. İsmixanov
"Yolda: roman" Alazan ; ermənicədən ixtisarla çevirəni. F. İsmixanov ; red. M. S. Ordubadi
"Çadonun bəxti yoxsulun halı", A. Çuquryan ; tərcümə. F. İsmixanov ; redaktor Ə. Məhzun
"Yeni sabah: erməni şairi Akop Akopyandan parçalar", A. Akopyan ; tərc. ed. F. İsmixanov ; red. M. Rahim.
Gürcü dilindən tərcümələri[3]
"Fotoqraf: hekayə" K.Lordkipanidze ; çevirəni. İsmixanov
"Gürcü ədəbiyyatından nümunələr", çevirəni. F. İsmixanov ; red. M. S. Ordubadi
İstinadlar
- Məmmədli, Qulam., "İmzalar", Azərnəşr, Bakı, 1977. səh. 115
- "AMEA-nın Tarix İsitutunun direktor müavini Cəbi Bəhramovun AzVision.az-a müsahibəsi". 2019-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-03.
- "Azərbaycan Milli Kitabxanası". 2014-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-10.