Fərzalı
Fərzalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Fərzalı | |
---|---|
40°38′16″ şm. e. 45°27′22″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2112[1] |
|
Etimologiyası
Fərzalı Gədəbəy rayonunun Arabaçı inzibati ərazi vahidində, dağlıq ərazidə yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qarabağdan gəlmiş Fərzalı adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. 1917-ci ildə Cavanşir qəzasında Fərzalıbəyli (1933-cü ildə Bərdə rayonunda Fərzalılar), Qazax qəzasında Fərzalı, (1933-cü ildə Şəmkir rayonunda Fərzah Quşçu) kəndləri də qeydə alınmışdır. Oykonim Xələc tayfalarının bir tirəsi olan fərzalıların adını əks etdirir. Etnotoponimdir.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 559 nəfər yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
- http://www.azerpost.az/?options=content&id=188.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629