Fəryal Qadınəfəndi
Fəryal Qadınəfəndi (d. 1845 - ö. 21 fevral 1902) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, I Fuadın anası.
Fəryal Qadınəfəndi | |
---|---|
18 yanvar 1863 – 26 iyun 1879 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Safran sarayı, Qahirə, Misir xədivliyi |
Dəfn yeri | Əl-Rifai məscidi, Qahirə, Misir |
Fəaliyyəti | Əsilzadəlik |
Həyat yoldaşı | Kavalalı İsmayıl Paşa |
Uşağı | Əhməd Fuad Paşa |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əslən fransız olan Fəryal xanım 1845-ci ildə dünyaya gəldi. Xədiv İsmayıl Paşanın hərəminə necə və nə vaxt girdiyi məlum deyil. Ancaq mənbələrdə xanım yerinə Qadınəfəndi olaraq anılması, onun kəniz və ya cariyə olaraq saraya alındığını sübut edir. Yeganə övladı olan Əhməd Fuad 26 mart 1868-ci ildə Cizə sarayında dünyaya gəldi. Ancaq oğlu hələ 11 yaşında ikən İsmayıl Paşa İstanbuldan göndərilən fərmanla taxtdan endirildi və yerinə xədivin digər xanımından doğulan oğlu Tofiq Paşa Misir xədivliyinə gətirildi. Öncə Neapolda, ardından İstanbulda sürgün həyatı yaşayan İsmayıl Paşanın 1895-ci ildə vəfatı ilə dul qalan Fəryal xanım 21 fevral 1902-ci ildə oğlunun səltənətini görmədən Qahirədəki Safran sarayında vəfat etdi. Cənazəsi Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi.
Oğlu Fuad Paşa isə anasına olduqca bağlı biri idi və "F" hərfinin ona uğur gətirdiyinə inanırdı. Bu səbəblə bütün övladlarına (Fövqiyyə, Faruq, Fövziyyə, Faizə, Faiqə, Fəthiyyə) bu hərflə başlayan adlar qoydu. Üstəlik onun oğlu Faruq da atasının bu inancını davam etdirdi və öz övladlarının adlarını bu qaydayla qoydu (Fəryal, Fövziyyə, Fadiyə, Fuad).
Mənbə
- Hassan, Hassan (2000). In the House of Muhammad Ali: A Family Album, 1805-1952. American Univ in Cairo Press. pp. 137. ISBN 978-9-774-24554-1
- Morgan, Robert (21 September 2016). History of the Coptic Orthodox People and the Church of Egypt. FriesenPress. p. 456. ISBN 978-1-460-28027-0
- Doumani, Beshara (27 February 2003). Family History in the Middle East: Household, Property, and Gender. SUNY Press. p. 270. ISBN 978-0-791-45679-8
- Williams, C. (2008). Islamic Monuments in Cairo: The Practical Guide. American University in Cairo Press. p. 71. ISBN 978-977-416-205-3
- Reid, D.M. (2002). Cairo University and the Making of Modern Egypt. Cambridge Middle East Library. Cambridge University Press. p. 29. ISBN 978-0-521-89433-3
- McBride, B.S.C. (1967). Farouk of Egypt, a Biography. Hale. p. 50
- Gazalé, M.J. (2004). Pyramids Road: An Egyptian Homecoming. American University in Cairo Press. p. 106. ISBN 978-977-424-832-0