Fəryad Xəlilov
Fəryad Fəxri oğlu Xəlilov (1 noyabr 1999; Hüsülü, Ağcabədi rayonu, Azərbaycan — 27 oktyabr 2020 (dəfn tarixi); Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Fəryad Xəlilov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hüsülü, Ağcabədi rayonu, Azərbaycan |
Vəfat tarixi | (dəfn tarixi) (20 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Azərbaycan |
Dəfn yeri | Ağcabədi Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2018—2019 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri |
![]() ![]() ![]() ![]() |
Həyatı
Fəryad Xəlilov 1 noyabr 1999-cu ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuşdur.[1] Cavad Həsənov adına Ağcabədi rayon Hüsülü kənd tam orta məktəbində orta təhsil almışdır. Həmçinin, Hüsülü kəndində yerləşən yeddiillik musiqi məktəbinin piano şöbəsində musiqi təhsili almışdır.
Hərbi xidməti
Fəryad Xəlilov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Fəryad Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində vuruşmuşdur. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fəryad Xəlilov Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 27 oktyabr 2020-ci ildə Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəryad Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəryad Xəlilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəryad Xəlilov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəryad Xəlilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[6]
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)[7]
(29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)[8]
(24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)[9]
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 24.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". e-qanun.az. 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.